23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının ilk turu artıq yekunlaşıb və nəticələr məlum olub. 14 ölkənin – Belarus, Latviya, Amerika Birləşmiş Ştatları, Belçika, Ukrayna, İran, Gürcüstan, Yunanıstan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Rusiya, Hindistan və Azərbaycanın 54 zəka sahibinin gərgin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Turnirin ən yüksək reytinqli şahmatçısı, belaruslu qrossmeyster Vladislav Kovalyev (2678-beynəlxalq əmsal), rusiyalı FİDE ustası Aleksandr Demyanjukla (2338) qarşılaşıb və görüş birincinin qələbəsi ilə başa çatıb.
Azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli ikinci şahmatçısı Nicat Abasov (2633) ilk turda azərbaycanlı FİDE ustası Aydın Süleymanlını (2334) sınağa çəkib. Gərgin keçən görüş Nicat Abasovun üstünlüyü ilə yekunlaşıb.
Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) və azərbaycanlı beynəl­xalq usta Nail Bəşirli (2333) arasında keçən görüşdə isə qələbəni Eltac bayram edib.
İlk turun yaddaqalan digər görüş­lərində belaruslu qrossmeyster Aleksey Aleksandrov (2603) hindistanlı FİDE ustası Mithil Ajqaonkaru (2332), latviyalı qrossmeyster Nikita Meşkovsla (2574) isə azərbaycanlı qrossmeyster Sərhan Quliyevi (2330) məğlub etməyi bacarıb.

Turnirin ən reytinqli 10-cu şahmatçısı, ukraynalı qrossmeyster Eldar Qasanov (2506) türkiyəli FİDE ustası Əmirxan Tarlabaşı (2323) ilə “sülh” bağlayıb.
Yunanıstanlı qrossmeyster Vasilios Kotronias (2474) isə hindistanlı FİDE ustası Nixil Dixitə (2302) şans tanımayıb.
“A” qrupunda Naxçıvan Muxtar Respublikasını 5 zəka sahibi təmsil edir. Qrossmeyster Urfan Sevdimalıyev (2352) ustalığa namizəd Ayan Allahverdiyevadan (2076) üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) ilk turda belaruslu qrossmeyster Vadim Malaxatkoya (2508), digər beynəlxalq usta Talıb Babayev (2329) isə turnirdə çıxış edən ABŞ-lı qrossmeyster Timur Qarayevə (2560) məğlub olublar. FİDE ustalarımızdan Sadiq Məmmədov (2205) azərbaycanlı beynəl­xalq usta Kənan Qarayevi (2368) ağ-qara taxtadan mat yola salıb. Pərviz Qasımov (2328) isə azərbaycanlı qrossmeyster Fərid Abbasovla (2534) xalları yarı bölüb.
İlk turdan sonra 20 şahmatçının aktivində bir xal var.
Əmsalı nisbətən aşağı olan şahmatçıların mübarizə apardığı “B” qrupunda isə ölkənin müxtəlif regionlarından 104 zəka sahibi qüvvəsini sınayır. İlk turdan sonra 50 şahmatçı maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edir.
Cari ildə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının “C” qrupunda rekord sayda – 186 şahmatçı qüvvəsini sınayır ki, onların da 67-nin beynəlxalq əmsalı 1000-dən çoxdur. İlk turdan sonra 84 şahmatçı maksimum xal toplamağa nail olub.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006444
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
678
4717
13934
88826
4006444

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter