18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda boks üzrə keçirilən Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi yarış üç gün davam edib. Beynəlxalq Boks Federasiyasının mövcud qaydalarına uyğun olaraq keçirilən turnirdə 2001-2002-ci illər təvəllüdlü gənclər və böyüklər, 2003-2004-cü illər təvəllüdlü yeniyetmələr 12 çəki dərəcəsində mübarizə aparıblar.
Dünən turnirin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra final görüşlərinə start verilib.
Yarışın yekun nəticələrinə əsasən 38, 40, 42, 46, 50, 54, 57, 60, 64, 69, 75 və +81 kiloqram çəki dərəcələrində müvafiq olaraq Sinan Əbilov, Ramil Babayev, Alişan İsmayılov, Nazim Abazərli, Nizami Novruzov, Ayxan Quliyev, Hüseyn Hüseynov, Ayxan Süleymanov, Cəbi İsayev, İbrahim Cəfərzadə, Yuris Allahverdiyev və Sərvər Abdullayev turnirin qalibi adını qazanıblar.
Qızların mübarizəsində isə Duyğu Hüseynova (48 kiloqram) və Nuray Hümbətova (50 kiloqram) hamıdan güclü olublar.
Komanda hesabında isə “Naxçıvan” komandası turnirin baş mükafatını qazanıb.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblərə mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov və Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4270811
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5410
6483
23976
102169
4270811

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter