24 Fevral 2020, Bazar ertəsi

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2018-ci il dekabrın 27-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını nəzərə alaraq yeni kredit məhsulunu təqdim edir.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikanın bütün ailə təsərrüfatlarını əhatə edən zaminsiz, girovsuz illik 10 faiz dərəcəsi ilə 2 min manatadək məbləğdə kredit verilərək təsərrüfat sahiblərinin bu maliyyə dəstəyindən faydalanmaları təmin edilir.
Bu kredit ölkəmizdəki kommersiya bankları tərəfindən ən aşağı faiz dərəcəsi ilə verilən kreditdir.
Artıq muxtar respublikanın ailə təsərrüfatı formasında dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektləri “Naxçıvanbank” ASC-nin baş ofis və filiallarına yaxınlaşaraq sadə rəsmiləşdirmə prosedurları ilə “Ailə təsərrüfatı krediti”ni əldə edə bilərlər.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR