23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

     Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı davam edir.

     4-cü turda hamının maraqla gözlədiyi qarşılaşma reallaşıb. Belə ki, “A” qrupunun liderləri azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) ilə ABŞ-lı qrossmeyster Timur Qarayev (2560) arasında keçirilən görüşdə gülən tərəf olmayıb.    Aktivində 3 xal olan digər zəka sahibi belaruslu qrossmeyster Vadim Malaxatko (2508) ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) “sülh” bağlayıb. Klassik şahmat partiyalarında 23 görüşdür ki, məğlub olmayan azərbaycanlı beynəlxalq usta Günay Məmmədzadə (2438) ilə azərbaycanlı qrossmeyster Nicat Abasovun (2633) qarşılaşması maraqla izlənilib. Bu görüş Nicatın qələbəsi ilə yekunlaşıb.

     Belaruslu qrossmeyster Vladislav Kovalyev (2678) özbəkistanlı beynəlxalq usta Ortik Niqmatovla (2469), iranlı şahmatçı Mehdi Qulami Orimi (2406) belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2603), azərbaycanlı qrossmeyster Fərid Abbasov (2534) azərbaycanlı beynəlxalq usta Abdulla Qədimbəyli (2394) ilə  üz-üzə gəlib. Bu görüşlərdə Kovalyev və Mehdi Qulami heç-heçə eləyib, Fərid  isə qələbə qazanıb.

      Naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyev (2352) bu turda azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovun 

(2495) müqavimətini qıra bilməyib. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) azərbaycanlı FİDE ustası Gövhər Beydullayeva (2316), beynəlxalq usta Talıb Babayev isə (2329) türkiyəli FİDE ustası Əmirxan Tarlabaşıya (2323) məğlub olublar. Bu turda FİDE ustalarımızdan Sadiq Məmmədov (2205) azərbaycanlı qrossmeyster Sərhan Quliyevi (2330) məğlub edib. Pərviz Qasımov (2328) isə azərbaycanlı şahmatçı Elmar Atakişiyevlə (2114) üz-üzə gəlib və görüş heç-heçə başa çatıb.

     İlk 4 turdan sonra Eltac Səfərli, Timur Qarayev, Nicat Abbasov və Vadim Malaxatkonun aktivində 3,5 xal var.

     “B” qrupuna aktivində 4 xal olan 3 şahmatçı başçılıq edir. Belə ki, Amil Abbasov (2215), Şahin Hüseynov (2189) və Elxan Bayramov (2158) maksimum nəticə göstəriblər.

     Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 3 şahmatçı keçirdiyi hər bir görüşü qələbə ilə başa vurub. Onlardan ikisi - Hüseyn Qənbərli (1293) və Uğur Həsənli (1329) naxçıvanlı şahmatçılarıdır.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006444
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
678
4717
13934
88826
4006444

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter