19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan marafonu-2019” keçirilib.
“Sağlamlıq üçün qaç!” şüarı altında muxtar respublikada ilk dəfə təşkil olunan marafon kütləviliyi ilə seçilib. Marafonda 14 yaşından yuxarı şəxslər, muxtar respublikanın bütün rayonlarından olan gənclər, o cümlədən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun könüllüləri, sosial könüllülər, nəqliyyat könüllüləri, tələbələr fəal iştirak ediblər.
Yarış Olimpiya İdman Kompleksinin qarşısı, Xətai məhəlləsi, daha sonra Şıxmahmud və Xəlilli kənd­lərindən keçərək Nəbatat bağı boyunca Uzunoba gölü ətrafınadək marşrutu əhatə edib.
Yarışın fan zonası finiş nöqtəsində – Uzunoba gölü ətrafında təşkil olunub.
Marafonun təltifetmə mərasimi də burada baş tutub. Kişilər arasında könüllü Qəşəm Səfərov finiş xəttinə hamıdan tez çatıb. Mahir İbrahimov (hərbçi) ikinci, Əkbər Mehdiyev (Naxçıvan Dövlət Texniki Kolleci) üçüncü olublar.
Qadınlar arasında isə “Rabitəçi” klubunun üzvü Gülayə Cəfərova hamıdan sürətli qaça bildiyini sübut edib. Digər iki pillədə isə müvafiq olaraq Nazlıcan Çakır (“Rabitəçi”) və İlkanə Babayeva (Naxçıvan Dövlət Texniki Kolleci) qərar­laşıblar.
Sonra “Naxçıvan marafonu – 2019”un qaliblərinin mükafatlandırma mərasimi olub. Qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən edilib. Kateqoriyaların hər birində ilk yerin sahibləri 1000, ikinci yeri tutanlar 500, üçüncü yerə çıxanlar isə 300 manat məbləğində mükafatla təltif ediliblər.
Həmçinin kişi və qadın kateqoriyalarının hər biri üzrə dördüncü-onuncu yerləri tutan şəxslərə müxtəlif qiymətli hədiyyələr verilib.
Yarışın təşkilində dəstək göstərən könüllülərə tədbirdən sonra sertifikatlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273343
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2164
5778
26508
104701
4273343

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter