12 Noyabr 2019, Çərşənbə axşamı

Ordubad Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarım­ ilinin yekunlarına həsr edilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Ordubad rayonu da 2019-cu ilin birinci yarısını yüksək göstəricilərlə başa vurub. Belə ki, cari ilin yanvar-may aylarında 3308 min manatlıq, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal olunub.
Bəhs edilən dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18529,9 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 2,1 faiz artaraq 17977,3 min manat təşkil edib.
Məruzəçi qeyd edib ki, hesabat dövründə Vənənd kəndində yeni tam orta və musiqi məktəblərinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Ordubad şəhərində yeni yaşayış binasının, Anaqut kəndində məscid binasının tikintisi davam etdirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası və Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binaları əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.

Hazırda Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Kənddaxili yollar cari təmir olunur, kommunikasiya xətləri yenilənir. Ordubad-Culfa magistral yolu əsaslı şəkildə yenidən qurulur.
Məruzəçi kənd təsərrüfatı sahəsində görülən işlərdən də söhbət açaraq vurğulayıb ki, son illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona ümumi dəyəri 985 min 442 manat olan 151 texnika gətirilib. 2019-cu ilin müvafiq dövründə lizinq yolu ilə vətəndaşlara 13 texnika satılıb.
Rayonda 1 iyun 2019-cu il tarixə 1998 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahəsinin 361 hektarını dənli və dənli-paxlalılar (qarğıdalısız), 578 hektarını kartof, 676 hektarını tərəvəz, 42 hektarını ərzaq üçün bostan bitkiləri, 274 hektarını cari ilin çoxillik otları, 67 hektarını birillik otlar təşkil edir.
Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 57,5 kilometr məsafədə kanal və arxlar lildən təmizlənib, 12,4 kilometr məsafədə içməli su xəttində təmir işləri aparılıb, 350 metr kaptaj təmir olunub, 100 metr uzunluğunda təzyiqli boru xəttində təmir işləri həyata keçirilib.
Hər il olduğu kimi, 2019-cu ilin birinci yarısında da yaşıllaşdırma tədbirləri yüksək səviyyədə təşkil olunub, ümumilikdə, 16860 ting əkilib, 3 hektar sahədə yeni bağ salınıb, 14 hektar sahədə bərpa işləri aparılıb.
Müşavirədə rayonun bütün idarə, müəssisə və təşkilatları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərdən ətraflı söhbət açılıb.
Məruzə ətrafında müzakirələr aparılıb.


Abbas SEYİD

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR