18 Sentyabr 2019, Çərşənbə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta məktəblərdə çalışan fiziki tərbiyə müəllimlərinin futbol biliyinin artırılması məqsədilə “D” kateqoriyalı məşqçilik kursuna start verilib.
Bakıdan gələn futbol mütəxəssisləri Cahangir Həsənzadə və İlham Əzizzadənin iştirakı ilə keçirilən bu məşğələyə 29 müəllim qatılıb.
Futbolda təzyiqlər, məqsədlər, qərar vermək, sağlam həyat tərzi, metodoloji üsullar, məktəbdə futbol oyununun prinsipləri ilə bağlı nəzəri və praktik məşğələlər keçirilib. Həmçinin məktəblilərlə davranış, oyunçuların bacarıqlarının inkişafı, futbol texnikası, koordinasiya haqqında ətraflı məlumat verilib.
Bununla yanaşı, müəyyən olunmuş qruplar şəklində məşqçilərə uşaq futbolu ilə bağlı mövzular təqdim olunub. Onlar isə müvafiq mövzular üzrə fikir mübadiləsi aparıblar.
Bu gün yekunlaşacaq kursun sonunda iştirakçılara sertifikatlar veriləcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR