19 Sentyabr 2019, Cümə axşamı

Son illər Ordubadda tikinti-quruculuq prosesləri geniş vüsət alıb. Təkcə keçən il rayonda 21 müxtəlif təyinatlı obyektin tikintisi başa çatdırılıb, 15 obyektin tikintisi, yenidən qurulması və əsaslı təmiri davam etdirilib. Hazırda quruculuq işlərinin yerinə yetirildiyi ünvanlardan biri də Vənənd kəndidir. Rayon mərkəzindən 17 kilometr şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, məktəb binası, uşaq musiqi məktəbi, həkim ambulatoriyası üçün binalar inşa olunur. 

 

Kənddəki məktəb binası ötən əsrin 70-ci illərində inşa olunduğundan dövrün tələblərinə cavab vermirdi. Müasir üslubda əsaslı surətdə yenidən qurulan 432 şagird yerlik olacaq məktəb binasının qapı və pəncərələri, döşəməsi, arakəsmələri, elektrik və rabitə xətləri, dam örtüyü yenilənib. Ətrafın abadlaşdırılmasına başlanılıb.
Uşaq musiqi məktəbi üçün tikilən yeni bina 3 mərtəbədən ibarətdir. Bu obyektdə də tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.
Vənənd kəndində digər quruculuq ünvanı isə kənd mərkəzi üçün inşa olunan ikimərtəbəli binadır. Burada inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk təşkilatı, poçt, mədəniyyət evi, kitabxana, rabitə evi, polis sahə və baytarlıq məntəqələri üçün hərtərəfli şərait yaradılacaq.
İnşa olunan həkim ambulatoriyası isə kənd məktəbi ilə üzbəüz ərazidə yerləşir. Burada da tikinti-quraşdırma işlərinin əksəriyyəti başa çatdırılıb. Əhaliyə nümunəvi ticarət və məişət xidmətləri göstərilməsi üçün bu yaşayış məntəqəsində müasirtipli xidmət mərkəzinin binasında da işlər sürətlə davam etdirilir.
Vənəndlilərə daha bir qayğı isə kənddaxili avtomobil yolunun əsaslı surətdə yenidən ­qurulmasıdır.
Qeyd edək ki, kənddəki kompleks tikinti-quraşdırma işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları yerinə yetirir.

Abbas SEYİD

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR