08 Dekabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzvləri arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.

Birincilikdə 12 federasiyanın hər birindən bir komanda olmaqla, 60 idmançı iştirak edib. Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu, bütün rayon və şəhərlərimizi əhatə edən müasir idman infrastrukturu fonunda, gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağının günü-gündən artdığını bildirib.
Sonra Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxış edərək muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılmasına nail olmaq məqsədilə federasiyanın bir sıra tədbirlər həyata keçirdiyini vurğulayıb. Qeyd edib ki, sözügedən idman növünün muxtar respublikada təbliği, rayonlarda da atıcılıq üzrə idman klublarının yaradılması, TİR meydançalarının formalaşdırılması istiqamətində işlər diqqətdə saxlanılır, mütəmadi olaraq idman yarışları keçirilir.
Yarışda Atıcılıq Federasiyasının komandası qalib adını qazanıb. Şahmat Federasiyasının komandası ikinci,­ Paralimpiya Federasiyasının komandası isə üçüncü olub.
Qalib komandaların üzvlərinə təşkilatçıların diplom, medal, plaket və hədiyyə mərmi kuponları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR