21 Oktyabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyası təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri, federasiyanın klubları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında yüngül atletikanın qaçış növü üzrə keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.

Birinciliyin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yüngül atletika idman növünün inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin bu idman növünə cəlbi, muxtar respublikada yeniyetmə və gənclərdən ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi olub. Komandaların tərkibində 5 oğlan 5 qız olmaqla yarış 100, 200, 400, 800 və 1500 metr məsafəyə qaçış üzrə keçirilib.

Yarışda 9 komanda mübarizə aparıb. Yarışın mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısı, idmançılar üçün yaradılan şərait haqqında danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Gərgin və maraqlı keçən yarışın sonunda qızlar arasında 100 metr məsafəyə qaçışda Güllü Cəfərova, 200 metr məsafəyə qaçışda Gülayə Cəfərova, 400 metr məsafəyə qaçışda Xatun Orucova, 800 metr məsafəyə qaçışda Aysu Abbasova, 1500 metr məsafəyə qaçışda Nərminə Əliyeva qalib adını qazanıb.

Oğlanların mübarizəsində Əhməd Həsənov, Toğrul Həsənov, Nihal İmanov, Məhəmməd Musayev və Abbas Babayev müvafiq olaraq 100, 200, 400, 800 və 1500 metr məsafələrdə finişə hamıdan öndə çatıblar.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR