14 Noyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublika Stadionunda veteran futbolçularımızla “Araz-Naxçıvan”ın əsas komandası arasında yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə muxtar respublikanın futbol klublarında, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış etmiş keçmiş futbolçular iştirak ediblər.

İki heyətdən ibarət olan komandalar formal olaraq “Sarılar” və “Qırmızılar” adlandırılıb. Görüş “Qırmızılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yoldaşlıq görüşlərinə hazırlıq məqsədilə veteran futbolçuların məşqləri bərpa edilib. Onlar muxtar respublika stadionunda məşqlərə başlayıblar.

Ceyhun MƏMMƏDOV 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR