23 Noyabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində növbəti tura yekun vurulub.

Üçüncü turda “Qarabağ” üzərində inamlı qələbə qazanan Özbəkistan Respublikasının “Əndican” komandası bu turda yerli “Araz-Naxçıvan”ı sınağa çəkib. Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Bu qələbədən sonra aktivindəki xalların sayını 12-yə yüksəldən “Əndican” komandası ilk dəfə təşkil olunan “Naxçıvan kuboku – 95” beynəl­xalq turnirində vaxtından əvvəl çempion­luğunu qeyd edib.
Günün ikinci yarısında isə azarkeşlər daha bir maraqlı oyuna şahid olublar. Belə ki, geridə qalan son 3 turu məğlubiyyətlə başa vuran “Rekord” komandası 4-cü turda “Qarabağ”la qarşılaşıb. Görüşdə hesabı açan tərəf “Qarabağ” olsa da, ikinci hissədə ardıcıl iki qol “Rekord” komandasına qələbə qazandırıb – 2:1.
Son turdan sonra “Əndican” komandası maksimum xalla (12 xal) turnir cədvəlinə başçılıq edir. Digər 4 komandanın isə aktivində 3 xal var.
Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək iki qarşılaşma turnirin digər mükafatçılarını müəyyənləşdirəcək. Öncə saat 1300-da meydana “Qaraqalpaqıstan” (Özbəkistan) və “Rekord” komandaları çıxacaq. Ardınca saat 1500-da “Araz-Naxçıvan” və “Qarabağ” komandaları qalibi müəyyənləşdirmək üçün mübarizə aparacaq.
Qeyd edək ki, bu görüşlərdən sonra təltifetmə mərasimi təşkil ­olunacaq.

  Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR