17 Noyabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib. Federasiyanın idarə heyəti üzvlərinin iştirak etdiyi yığıncağın gündəliyində Basketbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədr müavininin ­seçilməsi olub.
Tədbirdə çıxış edən federasiyanın sədri Mahir Əliyev bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Şəhər və rayonlarla yanaşı, kəndlərdə də müasir idman zalları tikilərək istifadəyə verilib, uşaq, yeniyetmə və gənc­lərin idmana cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, basketbol idman növünün inkişafı üçün müəyyən addımlar atılıb. Belə ki, verilən tapşırıqlara əsasən federasiyada qruplar yaradılıb, onlara təcrübəli məşqçilər tərəfindən məşqlərin keçirilməsi təmin olunub. Federasiya şəhər və rayonlarda da məşqçilərin fəaliyyəti ilə mütəmadi maraqlanıb, idmançıların tələb və təklifləri dinlənilib, qruplar idman ləvazimatları ilə təmin edilib.
Keçirilən yarışlar və tədbirlər barədə məlumat verən Mahir Əliyev qeyd edib ki, gələcəkdə də federasiya işini günün tələbləri səviyyəsində quracaq, komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görəcəkdir.
Sonra basketbol məşqçilərinin fikirləri dinlənilib. Çıxışlar zamanı məşqçilər uşaq, eləcə də yeniyetmə və gənclər arasında bu idman növünün inkişafı üçün atılacaq addımları müzakirə ediblər.
Sonra Turan Həsənovun Basketbol Federasiyasının sədr müavini vəzifəsinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub.
Sonda çıxış edən Mahir Əliyev bu idman növünün kütləviliyinin artırılması istiqamətində bundan sonra da tədbirlər həyata keçirəcəklərini vurğulayıb, yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

  Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR