21 Noyabr 2019, Cümə axşamı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. Çempionatın ikinci günündə - oktyabrın 29-da sərbəst güləşçilərimiz 4 medal qazanıblar.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Turan Bayramov (65 kq) ilk görüşündə kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Yapon güləşçi ilə finalda sona az qalmış rəqibi əks-fənddə yaxalayan T.Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub.

Millimizin digər üzvü Abubakr Abakarov (79 kq) mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məğlub edən A.Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən təmsilçimiz finalda güləşmək hüququ qazanıb. Həlledici qarşılaşmaya çox yaxşı başlayan A.Abakarov 4 xal qazansa da, çevirmə fəndi edərkən səhvə yol verərək gürcü həmkarına uduzub və gümüş medalla kifayətlənib.

Güləşçimiz Əfqan Xaşalov (57 kq) son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı verib. Çinli həmkarına heç bir şans tanımayan Ə.Xaşalov üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya güləşçisi ilə gərgin keçən görüşdə əzmkarlıq nümayiş etdirən təmsilçimiz son saniyələrdə qazandığı xallarla dünya çempionatında ilk medalımızı qazanıb.

Mundialda 70 kiloqram çəki dərəcəsində çıxış edən Davud İbrahimov debütdə İsveçrə təmsilçisini çətinliklə üstələyib. ABŞ güləşçisi ilə görüş də gərgin mübarizə şəraitində keçib. Yekunda D.İbrahimov minimal hesablı qələbəyə sevinib. Ancaq təmsilçimiz 1/4 finalda Rusiya güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün pəhləvanımız təsəlliverici görüşə çıxıb. Monqolustan idmançısına ilk hissədə tam üstünlüklə qalib gələn D.İbrahimov üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. İran pəhləvanı ilə həlledici qarşılaşma elə ilk hissədə başa çatıb. Gözəl fənd tətbiq edən təmsilçimiz “tuşe” ilə qalib gələrək dünya üçüncüsü olub.

Xəbərlər şöbəsi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR