24 Yanvar 2020, Cümə

1-3 noyabr tarixlərdə Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə XI Avropa çempionatı keçirilib. Çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak edib. Onlar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparıblar.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası idmançıları da bu çempionatda iştirak ediblər. 7 idmançı 1 məşqçi müəllimlə yarışa qatılan komandamız 5 qızıl, 2 gümüş, 11 bürünc olmaqla, ümumilikdə, 18 medalla vətənə qayıdıblar. Belə ki, Rafiq Hüseynli 8-9 yaş qrupunda şəxsi döyüş üzrə 3 qızıl, Vüsal Seyidov 14-15 yaş qrupunda şəxsi döyüş üzrə 2 qızıl, 1 gümüş, komanda üzrə 1 bürünc, Aslan İsmayılov 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 bürünc, komanda üzrə 1 bürünc, Sərcan Məmmədov +18 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, komanda üzrə 1 bürünc, Rəşad Qasımov 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 gümüş, komanda üzrə 1 bürünc, Nərgiz Həsənli 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, Yaqub Qəmbərov 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc medal qazanıblar. Komanda hesabında isə Naxçıvan komandası III yerin sahibi olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR