06 Dekabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında ilk dəfə olaraq keçirilən futzal liqasında növbəti turun oyunları olub.

Turun mərkəzi qarşılaşmasında iki məğlubiyyətsiz komanda “Badamlı” və “Nəqşicahan Holdinq” üz-üzə gəlib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən görüşə azarkeşlərin marağı olduqca böyük olub və görüşü 400-dən çox azarkeş izləyib. Gərgin keçən görüş “Nəqşicahan Holdinq” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
6-cı turda aşağıdakı nəticələr qeydə alınıb:
“Lokomotiv” - “Antiinhisar və
İBNDA” 7:0
“Mustanq” - “Zirvə” 5:7
“Türkiyə Səfirliyi” - “Panter” 0:9
“Qayğı” - “Mübariz” 5:0
“FHN-Xilasedici” - “Ədliyyə N.” 4:9
“Prestij” - “Diplomatik” 3:4
“DSMF” – ƏƏSMN 4:4
“Nəqliyyatçı” – “Ağbulaq” 4:10
“Günnüt” – “Nuhçıxan” 8:2
“Hava Limanı” – “Cahan Holdinq” 3:3
“Birlik” – “Penitensiar Xidmət” 1:3

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR