28 Fevral 2020, Cümə

Naxçıvan Şahmat Mərkəzində 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə Naxçıvan Muxtar Respublika seçmə yarışları başa çatıb.
Seçmə yarışların yekun nəticəsinə əsasən 8 yaşlı oğlanlar arasında İlham Mahmudov, 10 yaşlı oğlanlar arasında Ramal Həsənov, 12 yaşlı oğlanlar arasında Zaur Babayev, 14 yaşlı oğlanlar arasında Seyid Hüseyn, 16 yaşlı oğlanlar arasında isə Əli Əliyev qalib adını qazanıblar.

Qızların mübarizəsində Ayla Zamanlı, Nigar Qənbərli, Almara İbrahimbəyli, Zərrin Məmmədova və Nəsrin Babayeva müvafiq olaraq 8, 10, 12, 14 və 16 yaşlı qızlar arasında hamıdan güclü olublar.
Qeyd edək ki, 3 gün davam edən Naxçıvan Muxtar Respublika seçmə yarışlarında qalib gələn şahmatçılar muxtar respublikanı Azərbaycan zona birinciliyində təmsil edəcəklər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR