13 Avqust 2020, Cümə axşamı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman cəmiyyətində daxili işlər orqanlarının komandaları arasında çoxnövçülük üzrə ölkə birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası da iştirak edib.

Nazirliyin İdman cəmiyyətinin rəisi, polis kapitanı Elməddin Abdullayevin rəhbərliyi ilə 6 idmançıdan ibarət komandamız muxtar respublikaya uğurlu nəticə ilə qayıdıb. Belə ki, komandamız, ümumilikdə, 6 medal qazanıb. Bunların üçü qızıl, ikisi gümüş, biri isə bürünc olub.
Rəşad Həsənov, Nicat Səfərov və Sərxan Zeynalov bütün rəqiblərini məğlub edərək turnirin baş mükafatına, Elnur Yaqubov və Elgün Əsgərov birinciliyin gümüş medalına layiq görülüblər. Rəzzax Əli­yevin qazandığı medalın əyarı isə bürünc olub. Bu nəticədən sonra qazandığı medalların sayına görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası birinciliyi qalib kimi başa vurub.
Yarışın sonunda qalib komandamıza Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin diplom, medal və kuboku təqdim olunub.

Ceyhun MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR