25 Sentyabr 2020, Cümə

Formula 2 və Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb.

“Autosport” saytına istinadla xəbər veririk ki, ilkin təqvimə əsasən, 2 ölkədə iki Qran-Prinin təşkil olunması nəzərdə tutulub.

Mövsümə iyulun 4-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 11-12-də ev sahibliyi edəcək. Böyük Britaniya iyulun 25-26-da və avqustun 1-2-də yürüşləri qəbul edəcək. Avqustun 8-9-da yarışın İspaniya və ya Almaniyada keçirilməsi planlaşdırılır. Daha sonra yarışlara avqustun 22-23-də Macarıstan, 29-30-da Belçika, sentyabrın 5-6-da isə İtaliya ev sahibliyi edəcək.

Azərbaycan yalnız Formula 2 yarışlarını qəbul edəcək. Belə ki, yürüş sentyabrın 19-20-də Bakı şəhər halqasında baş tutacaq. Rusiyada da yalnız Formula 2 yarışları təşkil olunacaq (26-27 sentyabr). Mövsümə dekabrın 5-6-da keçiriləcək Bəhreyn və ayın 12-13-də baş tutacaq Abu-Dabi mərhələləri ilə yekun vurulacaq.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR