25 Sentyabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə “Evdə qal, şahmat oyna” devizi altında keçirilən internet üzərindən yarışlar davam edir.
Dünən Azərbaycan və Türkiyə zəka sahibləri arasında növbəti dostluq görüşü keçirilib. Blitz turnirdə muxtar respublikanın, Bakı şəhərinin “Grand Master” Şahmat Klubunun, Quba şəhər Şahmat Məktəbinin və Türkiyənin Hatay şəhərinin “Şah” Şahmat Klubunun şahmatçıları mübarizə aparıblar. lichess.org portalında keçirilən turnirdə 50-dən çox zəka sahibimiz “güclərini sınayıb”.

Qeyd edək ki, turnirdə iştirak edən zəka sahibləri Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının saytından (chess.nax.az) ­istifadə ediblər.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa rayon bölməsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərinin I-IX sinif ­şagirdləri arasında onlayn dərslər keçilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR