08 İyul 2020, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Sahil Parkında “Labirint” strateji intellekt oyunu üzrə birincilik keçirilib.

Tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev və Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildiriblər ki, birinciliyin keçirilməsində əsas məqsəd iştirakçıların strateji düşüncə qabiliyyətlərini stimullaşdırmaq, onlara analitik düşüncə tərzini aşılamaq, gənclərin asudə vaxtının mənalı təşkil olunması və bu oyunun köməyindən istifadə edərək xüsusi istedada malik olan gəncləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır. Sonra püşkatma olub və iştirakçılar yarışa başlayıblar.
Oyunda 18-29 yaş arası 16 gənc mübarizə aparıb. Yekun nəticələrə əsasən Dürayə Məmmədli I, Məşdi Ələkbərov II, Samir Qəhrəmanov III yerin qalibi olublar. Qaliblər Gənclər Fondu tərəfindən diplomla təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbərlər şöbəsi

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR