19 Sentyabr 2020, Şənbə

Dünən çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda 12 komanda iştirak edir.

Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik futbolu meydançasında keçirilən ilk muxtar respublika çempionatında komandalar 4 qrupda mübarizə aparır. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı nəticəni göstərəcək 2 komandası 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələdə komandalar bir görüşdən ibarət oyun keçirəcək və növbəti mərhələyə addımlayacaq. Yarımfinalda qalib olan komandalar isə finalda mübarizə aparmaq hüququ əldə edəcək. Bu mərhələdə məğlub olan komandalar bürünc medal uğrunda meydana çıxacaqlar.
Çempionat bir ay davam edəcək.
Dünən artıq iki oyun keçirilib. İlk görüşdə meydana “Prestij” və “Badamlı” komandaları çıxıb. Görüş “Badamlı” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci oyununda “Batabat” və “Aralıq” komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən “Aralıq” komandası meydanı qələbə ilə tərk edib – 9:3.
Bu gün çempionat “C” və “D” qrupunun iki oyunu ilə davam edəcək. Belə ki, əvvəlcə saat 1815-də meydana “Panter” və “Hava Limanı” komandaları çıxacaq. Azarkeşlər saat 1915-də “Antiinhisar”-“Yaycı” görüşünü izləyəcəklər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR