21 Aprel 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tədbirlər planına uyğun olaraq növbəti interaktiv dərs və yarışlar keçirib.
Belə ki, Şahmat Federasiyası, Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, Quba Şahmat Məktəbi, “İdea” şahmat klubu, “Bakı Grandmaster” şahmat klubu, Türkiyənin Hatay “Şah” şahmat klubu, “Söke Remzi Zeytinoğlu” şahmat klubu və “Albio” şahmat klubunun təşkilatçılığı ilə 7 komanda arasında yoldaşlıq oyunu keçirilib. Lichess.org plartforması vasitəsilə keçirilən görüşdə müxtəlif dərəcəli şahmatçı şagirdlər iştirak ediblər. Bununla yanaşı, federasiya Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbi və Türkiyənin nüfuzlu “Mersin Modern” şahmat klubu ilə birgə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş klublararası yoldaşlıq oyunu da təşkil edib.

Təqvim planına uyğun olaraq Şahbuz, Sədərək və Kəngərlidə rayon Uşaq-Gənclər şahmat məktəblərinin, Təhsil şöbələrinin, Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat turnirləri keçirilib. İsveçrə sistemi üzrə keçirilən yarışlarda qaliblər mükafatlandırılıb.
Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçilib. 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri üçün elektron lövhədə təşkil edilən dərsdə şahmat fənnini tədris edən müəllimlər iştirak edib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Emin Hacıyev elektron şahmat proqramları, “Siciliya müdafiəsi” və “Etüdlərin həlli” haqqında ətraflı məlumat verərək bildirib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Sonra muxtar respublika şahmatçılarının oyunları təhlil olunub. Bundan başqa, federasiyanın “YouTube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.
Federasiya üzvlərinin istirahət vaxtlarının səmərəli təşkili üçün Naxçıvan şəhərindəki Saat Meydanında yerləşən “Cinema Plus” kinoteatrında “The Queen's Gambit” filmi izlənilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR