30 Noyabr 2021, Çərşənbə axşamı

Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında Azərbaycan Həvəskar Futbol Federasiyasının prezidenti, Azərbaycan Region Liqasının vitse-prezidenti Rüfət Əmirovla görüş keçirilib. Görüşdə Naxçıvan Futbol Federasiyasının (NFF) sədr müavini Sakit Rzayev, federasiyasının qapıçılarla iş üzrə koordinatoru, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun qapıçı məşqçisi Amil Ağacanov iştirak ediblər.

Görüşdə Uzunoba Təlim-Məşq İdman Kompleksinin Naxçıvan və ümumilikdə, Azərbaycan futbolu üçün əhəmiyyəti, uşaq futbolunun inkişaf istiqamətləri, bölgədə futbolun kütləviliyi, bu sahədə həyata keçirilən təhsil və maarifləndirmə işləri, futzal və çimərlik futbolunun perspektivləri kimi mövzular müzakirə olunub. Eyni zamanda qonağa yenidənqurma işlərindən sonra istifadəyə verilən Ordubad Şəhər Stadionu və ümumilikdə, muxtar respublikamızda futbolun inkişafı istiqamətində atılan addımlar və yaradılan əlverişli maddi-texniki baza haqqında ətraflı məlumat verilib.
Görüşdə Azərbaycan Futbol Federasiyası Assosiasiyası ilə NFF arasında əməkdaşlıq əlaqələrinin uğurla davam və inkişaf etdirilməsi amili bölgənin futbol həyatı və gələcək potensialları baxımından yüksək qiymətləndirilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR