30 Noyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin oğlan komandaları arasında basketbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birincilikdə 6 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.

Naxçıvan Dövlət Universitetinin idman zalında iki gün davam edən yarışın bağlanış mərasimində çıxış edən Basketbol Federasiyasının sədri Elbrus İsayev bildirib ki, bu gün muxtar respublikamızda idmanın inkişafı üçün Naxçıvanda hər bir şərait yaradılıb və 12 idman federasiyası fəaliyyət göstərir. Basketbol Federasiyası da işini günün tələbləri çərçivəsində quraraq yeniyetmə və gənclərin idmana cəlbi, bu idman növünün kütləviləşməsi və gənclərin zərərli vərdişlərdən uzaq durması üçün daim məşqlər keçirir, tədbirlər təşkil edir. Bu gün keçirilən birincilik də gənclərin basketbola marağının yüksək olması bu idman növünün yüksəlişindən, inkişafından xəbər verir.
Gərgin mübarizə şəraitində keçən birinciliyin qaliblərini təbrik edən gənclər və idman naziri Ramil Hacı vurğulayıb ki, Naxçıvanda idmanın inkişafına dövlət qayğısının nəticəsidir ki, idmançıların yarış təcrübələrinin artırılması yönündə nazirlik federasiyalarla birgə tədbirlər təşkil edir, istedadlı idmançıları üzə çıxararaq yığma komandaların heyətləri formalaşdırılır. İdmanın bu yönündə və idmançılara göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildiriblər.
Birinciliyin yekun nəticəsinə gəlincə, həlledici qarşılaşmada Naxçıvan Dövlət Universitetinin komandası ilə Naxçıvan Dövlət Universitetinin xarici tələbələrdən ibarət komandası üz-üzə gəlib. Görüş ikincilərin 33:23 hesablı qələbəsi ilə yekunlaşıb. Üçüncü yer uğrunda görüşdə isə Naxçıvan Tibb Kollecinin komandası Naxçıvan Müəllimlər İnstitutunun komandasını məğlub edib.
Sonda qalib komandalar diplom və kubokla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR