23 Oktyabr 2019, Çərşənbə

Çempionluğunu qeyd etməyə hazırlaşan “Araz-Naxçıvan” futbol komandası sabah futbol üzrə Azərbaycan I divizionunun 26-cı turu çərçivəsində Qazaxın “Göyəzən” klubunu qəbul edəcək. Çempionatın son ərəfəsində qırmızı-ağlar doğma arenada keçiriləcək matçı da qalib başa vurub uğurlar seriyasını davam etdirmək niyyətindədir. Lakin “Göyəzən”ə qarşı oynanılacaq matça komandamız itki­lərlə çıxacaq. Belə ki, 4 oyunluq cəza alan Bəxtiyar Soltan­ovla yanaşı, müdafiəçimiz Ruslan Abıyev də oyunu buraxmalı olacaq. “Lokomotiv”lə görüşdə birbaşa qırmızı vərəqə alan müdafiəçimiz 1 oyunluq cəzalanıb. Müdafiədə boşluqlar bununla kifayətlənmir. Sol cinahda müdafiəçimiz Əlimirzə Daşzərini də sarı vərəqə limitinə görə oyunu azarkeş qismində izləyəcək. Yarımmüdafiə xəttində Akif Tağıyevin də yoxluğu baş məşqçi Əsgər Abdullayevi qayğılandırmaya bilməz.

“Göyəzən”ə gəlincə, Qazax təmsilçisi Naxçıvana oyun günü gələcək. Cari mövsümdə onların çıxışını heç də yaxşı qiymətləndirmək olmaz. Belə ki, qazaxlılar keçirdikləri 25 oyunda yalnız 2 dəfə qələbə qazanıblar. Digər iki görüşdə heç-heçə edən “Göyəzən” 21 matçda meydanı məğlub tərk edib. Hazırda 8 xalla 15-ci pillədə qərarlaşan rəqibimiz 11 dəfə fərqlənsə də, qapısından 78  qol buraxıb.  Qazax klubunun heyətində isə bir itki var. Belə ki, ötən turda komandanın futbolçusu İbrahim Hacı­yev 3 oyunluq cəza alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan”- “Göyəzən” matçı aprelin 19-u saat 1600-da Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.

Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR