21 Oktyabr 2019, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Babək rayonundakı ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilir. Dünən Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən yarışın birinci zona turnirinə start verilib. Yarış başlanmazdan əvvəl rayon İcra Hakimiyyətinin nümayəndəsi Yusif Mahmudov, Təhsil Şöbəsinin əməkdaşı Nicat Fətullayev, Babək qəsəbə tam orta məktəbinin direktoru Əli Hacıyev çıxış edərək muxtar respublikamızda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlərdən, idmana, o cümlədən şahmatın inkişafına göstərilən qayğıdan bəhs ediblər.
Sonra oyunun baş hakimi Zakir Quliyev yarışın qaydaları barədə məlumat verib. Hər bir yarış iştirakçısı şahmat taxtası arxasına keçərək bacarığını nümayiş etdirib.
Qeyd edək ki, yarışda rayonun 6 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Qaliblər may ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR