21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublika Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə Naxçıvan Muxtar Respublika turniri başa çatıb.
Turnirin final mərhələsində 13 çəki dərəcəsində 26 idmançı qalib olmaq  üçün rinqə çıxıb. İlk olaraq mübarizəyə atılan isə 38 kiloqram çəkidə yarışan Muxtar Fərzəliyev və Ayxan Cavadlı olub. Yaşlarının az olmasına baxmayaraq, Naxçıvan şəhərini təmsil edən hər iki boksçu  rinqdə ustalıq nümayiş etdirib. Bu görüşdə Ayxan Cavadlı rəqibini üstələyərək öz çəkisində yarışın qalibi olub. 56 kiloqram çəki dərəcəsində Culfa rayonunu təmsil edən Kamil Qazıbəyov Sədərək təmsilçisi  Nicat Ağayevlə mübarizədə üstünlük əldə edib. Sədərək təmsilçisi mübarizəsini sona qədər davam etdirsə də, qələbə üçün lazımi xalı toplaya bilməyib.

Yarışın digər bir maraqlı görüşü isə  Naxçıvan şəhərinin təmsilçiləri, 60 kiloqram çəkili Tayfur Əliyev və İbrahim Cəfərzadə arasında olub. Bu görüşdə hər iki idmançı yüksək döyüş bacarığı nümayiş etdirib. Taktiki cəhətdən Tayfur Əliyevin döyüşü uğurlu alınıb. İbrahim Cəfərzadənin isə bu görüşə fiziki və psixoloji cəhətdən hazır olmadığı elə ilk raunddan bəlli olub. Əl hərəkətləri ilə rəqibini üzərinə çəkən İbrahim Cəfərzadəni ardıcıl yumruq seriyası qarşılayıb və bu da ümumi hesabda Tayfur Əliyevi önə çıxarıb.

Ümumiyyətlə, bu turnirdə 38 kiloqram çəki dərəcəsində Ayxan Cavadlı, 42 kiloqramda Məhəmməd Novruzov, 46 kiloqramda Ayxan Qubuşov, 48 kiloqramda Kərim Babayev, 52  kiloqramda Sərxan Əliyev, 54 kiloqramda Nihad Quliyev,  56 kiloqramda Kamil Qazıbəyov, 60 kiloqramda Tayfur Əliyev, 64 kiloqramda Arif Bayramov, 69 kiloqramda Elmar Qasımov, 75 kiloqramda Çingiz Cəfərov, 81 kiloqramda Zəfər Ağamalıyev, 91 kiloqramda Rəvan Əliyev fəxri kürsünün birinci pilləsində yer alıblar.  
Final qarşılaşmalarından sonra qalib idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də muxtar respublika Boks Federasiyası tərəfindən diplom və qiymətli hədiyyələr verilib.
Bununla da, boks turniri başa çatıb.
Qeyd edək ki, boks üzrə muxtar respublika turniri Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının internet saytı üzərindən canlı yayımlanıb.

Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466455
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
931
5561
9411
130496
4466455

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter