21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər (1994-1996-cı illər təvəllüdlü) arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarışa start verilib. Yarışın reqlamentinə əsasən, 2 yarımqrupda 8 komanda öz qüvvəsini sınayıb. Azərbaycan və Naxçıvan güləşçiləri ilə yanaşı, Türkiyə, Qazax­ıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Ukrayna güləşçilərinin mübarizə apardığı yarışda artıq finala yüksələn komandaların adlarına aydınlıq gəlib.

Yarışda “A” qrupunda qərar tutan Azərbaycan millisi qrup qarşılaşmasını tam üstünlüklə başa vurub. Türkiyə, Qazaxıstan və Özbəkistan komandalarını üstələyən güləşçilərimiz finalda “B” qrupunun lideri ukraynalı həmkarları ilə qarşılaşacaqlar. Bu qrupda Ukrayna komandası Naxçıvan, Rusiya və Gürcüstan güləşçilərini arxada qoymağı bacarıb.
Bu gün ilk olaraq 7-8-ci yerlər uğrunda Özbəkistan və Gürcüstan komandaları qarşılaşacaqlar. Ardınca isə naxçıvanlı pəhləvanlar türkiyəli həmkarları ilə 5-6-cı yerlər üçün mübarizə aparacaqlar. Günün ikinci yarısında tamaşaçılar medalları hansı komandaların qazanacaqlarına şahidlik edəcəklər. Əvvəlcə meydana 3-cü yer uğrunda Qazaxıstan və Rusiya komandaları çıxacaqlar. Həll­edici qarşılaşmada isə Azərbaycan güləşçiləri ukraynalı həmkarları ilə güləşəcəklər.
Dünən idmançılar muxtar respublikanın gəzməli, görməli yerlərində olmuş, ”Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət etmiş, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466434
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
910
5561
9390
130475
4466434

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter