23 Sentyabr 2019, Bazar ertəsi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının III turunda “A” qrupunda ukraynalı Anton Korobov gürcü şahmatçısı Konstantin Şanava ilə görüşdən yarım xalla ayrılıb. Naxçıvan şahmatçılarından Talıb Babayev Aytən Əmrəyeva ilə görüşdə 3-cü məğlubiyyəti yaşamalı olub. Digər bir muxtar respublika şahmatçısı Ürfan Sevdimalıyev gürcü şahmatçısı Qaioz Niqalidze ilə görüşdən qalib çıxa bilməyib və üç turdan sonra aktivindəki bir xalla kifayətlənməli olub.
Bu qrupda Azərbaycan şahmatçılarından Eltac Səfərli türkiyəli şahmatçı Sanal Vahapla oyundan qalib ayrılıb. Azərbaycan şahmatçısı Türkan Məmmədyarova rəqibinə görüşdə qalib gələrək aktivinə bir xal yazdıra bilib. 3 turdan sonra rusiyalı şahmatçı Aleksandr Simanov 3 xalla turnir cədvəlinə liderlik edir.

Anton Korobovun, Konstantin Şanavanın, Denis Kismatullinin, Oleq Korneyevin, Boris Savçenkonun, Eltac Səfərlinin, Rauf Məmmədovun və Luka Paiçadzenin 2,5 xalı var. III turun nəticələri belə deməyə əsas verir ki, qələbə uğrunda bu qrupda Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna şahmatçıları mübarizə aparacaq.
“B” qrupunda turnir cədvəlində 12 şahmatçı eyni mövqeyə III tur başa çatdıqdan sonra çıxıb. Əksəriyyət olaraq Azərbaycan şahmatçılarının yarışdığı, Türkiyə, Moldova və Gürcüstandan şahmatçıların qatıldığı “B” qrupunda qaliblərin yerli şahmatçılar olacağı şəksizdir.
“C” qrupunda III turdan sonra aktivində 3 xalı olan 9 şahmatçı var. Naxçıvan şahmatçıları bu qrupda xüsusi fəallıq göstərirlər.

Turnir davam edir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR