23 Sentyabr 2019, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali və orta ixtisas müəssisələri tələbələri arasında 5 kilometr məsafəyə kross qaçışı yarışı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Duzdağ yolunda keçirilən yarışda 200-dən artıq idmançı iştirak edib.
Oğlanların yarışında Heydər Əliyev adına Hərbi Liseyin kursantı Əvəz Fərzəliyev bütün rəqiblərini geridə qoyaraq turnirin baş mükafatını qazanıb. Digər 4 pillədə isə Elçin Fərəcov (Hərbi Lisey), Xaliq Novruzov (NDU), Ceyhun Abbasov (Hərbi Lisey) və Kamal Əbilov (Hərbi Lisey) qərarlaşıblar.
Qızların yarışında isə əsas mübarizə Tibb Kolleci və Texniki Kollecin tələbələri arasında olub. Ancaq hamıdan sürətli qaçan Zeynəb Quliyeva (Tibb Kolleci) birinci yerə layiq görülüb. Texniki Kollecin tələbələri Rəngizə Rəhimova ilə Aytac İbrahimli ikinci və üçüncü yerləri paylaşıblar. Sona Məmmədova və Tünzalə Hüseynova (hər ikisi Tibb Kolleci) isə dördüncü və beşinci yerlərə sahib çıxıblar.
Qeyd edək ki, sonda fərqlənən idmançılar federasiya tərəfindən mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR