23 Sentyabr 2019, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ali və orta ixtisas müəssisələrinin tələbələri arasında peyntbol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Naxçıvan Muxtar Rspublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq Federasiyası və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkil etdiyi yarışın  açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Fərhad Əliyev muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb.

Turnirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunan bu turnirin gənc idmançılar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazirlik nümayəndəsi bu kimi yarışların muxtar respublikada artıq ənənə halını aldığını bildirib və turnir iştirakçılarına uğurlar arzulayıb.
“Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Tahir Məmmədli isə çıxışında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət idman siyasətinin bəhrələrindən bəhs edib.
Sonra peyntbol meydanı idmançıların ixtiyarına verilib. Turnirin reqlamentinə əsasən, 8 komanda 6 nəfərdən ibarət heyətlə birincilik uğrunda mübarizə aparıb. Daha uğurlu çıxış edən Heydər Əliyev adına Hərbi Liseyin kursantları baş mükafata layiq görülüblər. İkinci pillədə isə Tibb Kollecinin tələbələri qərarlaşıblar.
Sonda turnirin qalibi olan komandaya diplom və kubok, ikinci yerə çıxmış komandaya isə diplom təqdim olunub.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR