14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatı başa çatıb. 10 komandanın mübarizə apardığı çempionatın qalibi adını “Araz-Naxçıvan” futbol komandası qazanıb.
Ötən ilin sentyabr ayında start verilən və 18 turdan ibarət olan muxtar respublika çempionatı bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Cari mövsümün qalibi “Araz-Naxçıvan” futbol komandası çempionatı məğlubiyyətsiz başa vurub. Komanda mövsüm ərzində yalnız bir dəfə xal itkisi ilə üzləşməli olub. Belə ki, Şərurda “Arpaçay” komandasının qonağı olan “qırmızı-ağlar” meydanı “sülh”lə tərk ediblər. Son 3 tura kimi “Dinamo” futbol klubu “Araz-Naxçıvan”ı izləsə də, rəqiblər arasında keçirilən matç hər şeyi həll edib. Daxili İşlər Nazirliyinin komandası başa çatan mövsümdə meydanı 3 dəfə məğlub tərk edib ki, bunun da məhz ikisi “qırmızı-ağlar”la oyunlara təsadüf edir. Onlar digər məğlubiyyətlə Şərurda “Arpa­çay”la oyunda üzləşiblər. 3 məğlubiyyət və əldə edilən 43 xal nəticəsində “Dinamo” mövsümü ikinci pillədə başa vurub.

İlk dövrəni liderlər cərgəsində başa vuran Naxçıvan Dövlət Universitetinin (NDU) komandası isə üçüncülüklə kifayətlənməli olub. Tələbələr mövsüm ərzində 4 dəfə meydanı məğlub tərk ediblər ki, onların Şahbuzun “Batabat” komandası qarşısında büdrəməsi gözlənilməz olub. Yəqin ki, mövsümün gözlənilməz nəticələrinə imza atan komandanın “Arpaçay” olduğunu desək, yanılmarıq. Şərur təmsilçisi doğma arenada keçirdiyi oyunların yalnız birində (“NDU” ilə görüşdə) məğlub olub. Digər matçlarda isə bütün rəqiblərindən xal almağı bacarıb. “Arpaçay”dan fərqli olaraq, “Kəngərli” komandası mövsümün ən uğursuz kollektivi adını qazanıb. Belə ki, Kəngərli futbolçuları mövsüm ərzində keçirdikləri oyunlarda yalnız 7 xal toplayıblar.
2014-2015-ci il mövsümündə “Araz-Naxçıvan” futbol komandasının futbolçuları daha çox hakimlərin qəzəbinə tuş gəliblər. 18 tur ərzində referilər “qırmızı-ağlar”ın oyunçularına 30 sarı, 3 qırmızı vərəqə göstəriblər. Bu göstəriciyə görə “Dinamo” (24 sarı və 3 qırmızı vərəqə) və Culfanın “Əlincə” komandası (19 sarı, 3 qırmızı vərəqə) da “fərqlənənlər” sırasındadır. Mövsümün feyr-pley qaydalarına ən çox riayət edən isə “Kəngərli” komandasıdır – 8 sarı vərəqə.
Geridə qoyduğumuz mövsümün bombardiri adını “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov qazanıb. O, 18 tur ərzində rəqib qapılardan 18 top keçirməyə müvəffəq olub. Digər iki pillədə də “Araz-Naxçıvan”ın futbolçuları qərarlaşıblar. Turqay İbrahimov 17 qol vurub, İbrahim Əliyev isə 14 dəfə fərqlənib.

Yekun turnir cədvəli

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272115
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1736
4121
9884
56761
3272115

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter