18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər ƏLİYEV: Bədən tərbiyəsi və idman xalqın sağlamlığı ilə bağlı olan mühüm bir sahədir. Dünyada bədən tərbiyəsi və idmanın müasir səviyyədə inkişaf etdiyi bir dövrdə Azərbaycanda idmanın, bədən tərbiyəsinin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu, bizim vəzifəmizdir, borcumuzdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında” 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkə­mizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ölkəmizdə idmanın inkişafını mühüm vəzifələrdən biri kimi qarşıya qoymuş, bu sahədə inkişafa nail olunmuşdur. Müstəqillik illərində dövlətin idman siyasətinin bir mərkəzdən həyata keçirilməsi, görülən işlərin daha da sürətləndirilməsi məqsədilə 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, təkcə mərkəzdə deyil, ölkəmizin regionlarında da idmanın inkişafı istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Ulu öndər insanların sağlamlığında, ölkəmizin dünyada tanıdılmasında idmanın müstəsna əhəmiyyətini qeyd edərək demişdir: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir”.

Ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoymuşdur. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmış, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmışdır. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi də bu sahəyə yüksək diqqət və qayğı ilə yanaşmışdır. Olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı böyük işlər görülməyə başlanmışdır. 2009-cu ildə təsdiq edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə fəaliyyətin təşkilati-hüquqi əsaslarını, dövlət siyasətinin prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verir. Ötən dövr ərzində dünya standartlarına uyğun idman infrastrukturunun yaradılması Azərbaycanın, demək olar ki, bütün bölgələrini əhatə etmiş, 35 müasir Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmiş, səkkiz kompleksdə isə tikinti işləri davam etdirilməkdədir.
İdman sahəsində həyata keçirilən dövlət siyasəti, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya idman komplekslərinin inşası və digər tədbirlər nəticəsində Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizin qısa müddətdə əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərlərinin ölkəmizdə gedən idman proseslərinə marağını artırmışdır. Azərbaycanda idmanın müxtəlif növlərinin sürətli inkişafı və yaradılmış güclü maddi-texniki bazanın nəticəsidir ki, respublikamızda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir. Qeyd edək ki, Azərbaycanda “İdman ili” elan edilən 2012-ci il ölkə­mizin dünyada nüfuzunun xeyli artması ilə əlamətdar olmuşdur. Dövlətimizin başçısı Milli Olimpiya Komitəsində 2012-ci ilin idman yekunları ilə bağlı keçirilən görüşdə idman sahəsindəki uğurları dövlət tərəfindən idmana olan diqqətin təzahürü kimi dəyərləndirərək demişdir: “Təsadüfi deyildi ki, biz 2012-ci ili “İdman ili” elan etmişdik. Bu, idmana dövlət tərəfindən olan diqqətin təzahürüdür. Eyni zamanda biz, doğrudan da, ilin əvvəlində bu qərarı verərkən idmançılardan qələbələr, uğurlar gözləyirdik. İdmançılar ümidlərimizi doğrultdular. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər”.
İdmançılarımızın XXX London Yay Olimpiya Oyunlarında 10, XIV Yay London Paralimpiya Oyunlarında isə 12 medal qazanmaları “İdman ili”nin ən böyük uğuru olub. Azərbaycan bu yarışlarda komanda hesabında 30-cu, qazanılmış medalların sayına görə dünyada 24-­cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərar tutmuşdur.
Respublikamızın dünya idman arenasında qazandığı ən böyük nailiyyətlərdən biri də Avropa Olimpiya Komitəsinin 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul etməsidir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətin parlaq ifadəsidir.
İdman sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Son illər muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 Peyntbol meydançası, rayon mərkəzlərində 6 Şahmat Məktəbi, muxtar respublikanın şəhər və rayonlarında stadionlar, mini-futbol meydançaları, yeni tikilən tam orta məktəblərdə müasir idman zalları yaradılmış, yeni olimpiya ağırlıqqaldırma qurğuları və sadətipli idman avadanlıqları istifadəyə verilmişdir. Muxtar respublikada idman obyektlərinin tikilib istifadəyə verilməsi, idmanın maddi-texniki bazasının ən müasir səviyyədə möhkəmləndirilməsi doğma diyarımızda idmanın inkişafı, uşaq və gənclərin sağlamlığı və asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir. 2002-ci ildə muxtar respublikada boks, güləş, karate-do, Şərq döyüşü sənəti, şahmat, futbol, voleybol, basketbol, 2006-cı ildə isə paralimpiya federasiyalarının yaradılması muxtar respublikada minlərlə uşaq və gəncin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaratmışdır.
Muxtar respublikamızda yaradılan müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi et­məsi üçün geniş imkanlar açmışdır. 2003-cü ildə Naxçıvanda 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatının, 2009-cu ildə Şərur Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirin, “Naxçıvan Open-2011”, “Naxçıvan Open-2012” Beynəlxalq Şahmat festivallarının, yunan-Roma güləşi üzrə gənc­lər arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlərin, 2011-ci ildə Şərur Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” İçigeki Beynəlxalq Turnirin, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatının, peşəkar qaydasız döyüş növü Qran-Pri üzrə Şərqi Avropa Çempionatının keçirilməsi muxtar respublikanın beynəlxalq səviyyəli yarışların təşkili üçün ideal məkana çevrildiyinin aydın göstəricisidir.
İdman sahəsində çalışanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 3 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 1 nəfərə “Tərəqqi” medalı, 2 nəfərə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi”, 5 nəfərə isə “Naxçıvan Muxtar Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl Kitabı” təsis edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində görülən tədbirlər, qarşıda duran vəzifələrlə əlaqədar 2011-ci il yanvarın 11-də keçirilən müşavirədə Ali Məclisin Sədri aidiyyəti təşkilatların qarşısına mühüm vəzifələr qoyaraq demişdir: “Ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın tərkib hissəsi olan muxtar respublikamızda da öz bəhrəsini verməkdədir. Ötən illər ərzində bir çox idman qurğuları yaradılıb, yarışlar təşkil edilib, idmanın kütləviliyinə nail olunubdur. Ancaq bunlar son hədd deyil, görüləsi işlər çoxdur. Muxtar respublika əhalisinin 64 faizi 35 yaşına qədər olan insanlardır. Odur ki, gənclər və idman sahəsinə diqqəti artırmaq, bu sahədə tədbirlər həyata keçirmək qarşıda duran mühüm vəzifə olmalıdır”.
Müşavirədə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ötən dövr ərzində müəyyən tədbirlər görülmüş, aid qurumların fəaliyyəti mərkəzləşmiş qaydada əlaqələndirilmiş, uşaq və gənclərin müxtəlif idman növləri ilə məşğul olmaları üçün konkret tədbirlər həyata keçirilmişdir. Bu dövrdə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak üçün komandaların hazırlanması və idmançıların yetişdirilməsi də diqqət mərkəzində saxlanmış, təcrübəli mütəxəssislər muxtar respublikaya dəvət edilmiş, idmançılara ustad dərsləri, yerli məşqçilərlə isə təlimlər keçirilmişdir. Ümumilikdə, ölkəmizdə “İdman ili” elan olunmuş 2012-ci ildə muxtar respublika idmançıları XIV London Yay Paralimpiya Oyunlarında 1, dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 14, beynəlxalq yoldaşlıq görüşlərində 12, Azərbaycan birinciliklərində 70 medal qazanmışlar.
2011-ci ilin dekabr ayının 22-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Prezident kuboku” uğrunda keçirilən çempionatların qalib komandalarına diplom və mükafatların təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri gənc nəslin formalaşmasında idmanın əhəmiyyətini qeyd edərək demişdir: “Ölkə­miz müharibə, muxtar respublikamız isə bununla yanaşı, həm də blokada şəraitindədir, buna baxmayaraq idmanın inkişafı əvvəllər olduğu kimi bu gün də, gələcəkdə də prioritet məsələlər sırasındadır. Çünki söhbət yeni nəslin formalaşdırılmasından gedir. Sağlam nəsil sağlam cəmiyyət deməkdir. Bunlarsız heç bir dövlət inkişaf edib möhkəmlənə bilməz. Bizim prinsipimiz ölkəmizin gələcəyini təmin etməkdir. Bizim vəzifəmiz ölkəmizin gələcəyini təmin etmək üçün sağlam, mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”.

Muxtar respublikada idmanın inkişafına göstərilən qayğı həm də gənclərin öz asudə vaxtlarını səmərəli keçirməsinə, onların fiziki sağlamlıqlarını möhkəmləndirməsinə geniş imkanlar açır. Bir sözlə, idmana, idmançıların yetişməsinə diqqət, məşqçilərə dəstək, idman mütəxəssislərinin bu işlərdə fəal iştirakı – bütün bu amillər bir məqsədi daşıyır: doğma diyarımızda idman daha da sürətlə inkişaf etsin, idman hərəkatı daha da genişlənsin.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3286139
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
987
3637
23908
70785
3286139

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter