15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman tədbirlərinin açılış mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənc­lər və idman naziri Azad Cabbarov açaraq günün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında” 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoyub. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb.

 

Nazir bildirib ki, muxtar respublikada idman obyektlərinin tikilib istifadəyə verilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi doğma diyarımızda idmanın inkişafı, uşaq və gənclərin sağlamlığı və asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir. 2002-ci ildə muxtar respublikada boks, güləş, karate-do, Şərq döyüşü sənəti, şahmat, futbol, voleybol, basketbol, 2006-cı ildə isə paralimpiya federasiyalarının yaradılması muxtar respublikada minlərlə uşaq və gəncin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, ölkəmizdə “İdman ili” elan olunan 2012-ci ildə muxtar respublika idmançıları XIV London Yay Paralimpiya Oyunlarında 1, dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 14, beynəlxalq yoldaşlıq görüşlərində 12, Azərbaycan birinciliklərində 70 medal qazanıblar. Bütün bu uğurlar muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev çıxış edərək bildirib ki, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılan münbit şərait digər idman növləri kimi, şahmat idman növündə də bir sıra uğurlar qazanılmasına səbəb olub. Bu gün 1 Şahmat Mərkəzi və 6 müasirtipli şahmat məktəbi muxtar respublika şahmatçılarının istifadəsindədir. Muxtar respublikada 8 şahmat məktəbində 3000-dək şahmatçı bu idman növünün sirlərinə yiyələnir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında mahnılar səsləndirilib.
Açılış mərasimi başa çatdıqdan sonra yarışlara start verilib.

Səbuhi HÜSEYNOV

*    *    *

Naxçıvan Muxtar Respublikasında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman yarışları keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və müvafiq idman federasiyaları tərəfindən təşkil edilən yarışlar muxtar respublikanın idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənib.

Əlamətdar gün münasibətilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə muxtar respublika turnirində 9 çəki dərəcəsində 80 idmançı iştirak edib. Turnirin qaliblərinə muxtar respublika Gənclər və İdman Nazirliyinin diplomları, Güləş Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.
Sözügedən kompleksdə keçirilən əlillər arasında pouerliftinq üzrə muxtar respublika turnirində isə iki çəki dərəcəsində 20 paralimpiyaçı mübarizə aparıb. Sonda qaliblərə muxtar respublika Paralimpiya Federasiyasının qiymətli hədiyyələri, digərlərinə isə həvəsləndirici mükafatlar verilib.
Bundan başqa, Naxçıvan şəhər və Babək rayon karateçiləri arasında keçirilən yoldaşlıq görüşündə 50 idmançı ustalıq səviyyəsini nümayiş etdirib. Görüş 15:10 hesabı ilə Naxçıvan şəhər karateçilərinin xeyrinə başa çatıb.
Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində universitetin voleybolçuları ilə Ordubad rayon voleybolçuları arasında keçirilən yoldaşlıq görüşü 3:0 hesabı ilə universitet voleybolçularının xeyrinə başa çatıb. Komandalara muxtar respublika Voleybol Federasiyasının hədiyyələri verilib.
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən şahmat üzrə açıq birincilikdə 58 idmançı iştirak edib. İsveçrə sistemi ilə keçirilən yarışda yer tutan şahmatçılar diplomlarla təltif olunublar.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyinə də maraq böyük olub. Birincilikdə 12 çəki dərəcəsində 60-a yaxın idmançı iştirak edib. Qaliblərə Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

Havanın əlverişsiz olmasına baxmayaraq, atletlər qələbə uğrunda bütün qüvvələrini səfərbər ediblər. İbrahimxəlil Axundlu adına muxtar respublika stadionunda Naxçıvan şəhər və Şahbuz rayon komandaları arasında keçirilən yüngül atletika üzrə yoldaşlıq görüşü gərgin mübarizə şəraitində keçib. Yarışda iştirak edən 30 oğlan və qız idmançı qələbə uğrunda 100, 200, 400, 800, 1000 və 1500 metr məsafələrə qaçış üzrə mübarizə aparıblar. Fəxri yerləri tutan idmançılara muxtar respublika Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.
Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, muxtar respublika Boks Federasiyasının tədbirlər planına uyğun olaraq, Şərur və Sədərək rayon komandaları arasında boks üzrə yoldaşlıq görüşü keçirilib. 12 çəki dərəcəsində 40-dan artıq idmançının yarışdığı yoldaşlıq görüşündə fərqlənən boksçulara Şərur və Sədərək rayonlarının Gənclər və İdman idarələrinin diplomları verilib.
Naxçıvan Türk Liseyi ilə Naxçıvan Özəl Universitetinin basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Naxçıvan Türk Liseyinin idman zalında baş tutan yarışda meydan sahibləri 69:50 hesabı ilə rəqiblərini məğlub ediblər. Fərqlənən idmançılara diplom və hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276113
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1555
4179
13882
60759
3276113

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter