25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu ilin fevral ayından etibarən muxtar respublikamızın ümumtəhsil məktəblərinin komandaları arasında “Cəsurlar” hərbi-idman və turizm oyunları və “Şahin” hərbi-idman oyunlarının keçirilməsinə start verilib. Gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb edən bu hərbi-idman oyunları muxtar respublikamızda hər il üç mərhələdə təşkil olunur. Birinci mərhələ məktəb daxilində, ikinci mərhələ rayon, üçüncü mərhələ isə zona üzrə keçirilir. Rayon, şəhər turlarında birinci yeri tutan komanda muxtar respublika zona yarışlarında iştirak etmək hüququ qazanır. Bu günlərdə Naxçıvan şəhəri, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında “Şahin” hərbi-idman oyunları, Ordubad və Culfa rayonlarında “Cəsurlar” hərbi-idman və turizm oyunları keçirilərək həmin bölgələri zona yarışlarında təmsil edəcək komandalar müəyyənləşdirilib. Oyunlarda sıra hazırlığından başlayaraq müxtəlif mərhələlərdən keçməli olan şagirdlər bir sıra çətinliklərlə üz-üzə gələrək kollektiv məqsəd uğrunda birgə mübarizə aparıblar. Hərbi-idman oyunlarında iştirak edən hər bir məktəbli həm idmançı kimi qələbə uğrunda mübarizə aparıb, həm də gələcək əsgər kimi hərb sənətinin müxtəlif incəliklərinə yiyələniblər.

Vətəni müdafiə etmək, kollektivçilik, yoldaşlıq, məqsədə çatmaq, çətinliklərə dözmək və sair keyfiyyətləri özündə birləşdirən bu yarışlar rayon, şəhər Gənclər və İdman idarələri, Təhsil və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələri tərəfindən birgə təşkil olunub.
“Şahin” hərbi-idman oyunları üzrə keçirilən yarışlarda Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəbin, Culfa rayon Göydərə kənd tam orta məktəbinin, Qıvraq qəsəbə tam orta məktəbinin, Şahbuz şəhər tam orta məktəbinin və Sədərək rayon Sədərək kəndindəki 1 nömrəli tam orta məktəbin komandaları qalib olublar.
“Cəsurlar” hərbi-idman və turizm oyunları üzrə təşkil edilən yarışlarda Ordubad internat məktəbi ilə Culfa rayon Saltaq kənd tam orta məktəbinin komandaları birinci yerləri tutublar. Fəxri yerlərə sahib olan komandalara kubok, diplom və qiymətli hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062517
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1123
4327
5450
113848
3062517

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter