24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Universiada – 2013” idman yarışlarına start verilib. Bu münasibətlə keçirilən mərasimdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan, 18 mart 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrdən danışıb. Naxçıvan Dövlət Universitetinin idman sahəsində qazandığı uğurlara diqqət çəkən rektor idmanın kütləviliyinin təmin olunması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, Azərbaycan birinciliyində uğur qazanacaq sabit komandaların formalaşdırılması kimi zəruri məsələlərdən bəhs edib.

Tədbirdə iştirak edən Rusiyanın Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mazey Yuri Aleksandroviç çıxış edərək iki universitet arasında idman sahəsində də əməkdaşlığın səmərəli olacağını vurğulayıb. 
Universitetin Fiziki tərbiyə və idman oyunları kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov “Azərbaycanda olimpiya hərəkatı” mövzusunda məruzə edərək Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması və fəaliyyəti, idmançılarımızın olimpiya idman oyunlarında uğurlu iştirakı, onların fəaliyyətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi barədə məlumat verib.
Sonra ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Universiada – 2013” çərçivəsində ilk idman yarışına start verilib. Pedaqoji fakültə ilə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin oğlanlardan ibarət voleybol komandaları arasında keçirilən yarış 3:0 hesabı ilə Pedaqoji fakültə komandasının qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, idmanın müxtəlif növləri arasında fakültə birinciliyi uğrunda keçiriləcək yarışlardan ibarət universiada bir neçə gün davam edəcək.

Mehriban SULTAN

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3060273
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3206
4261
3206
111604
3060273

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter