13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiadaya start verilib. 

İki gün davam edəcək spartakiada “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, şahmat, yüngül atletika, basketbol, həndbol və stolüstü tennis növlərini əhatə edir.
Naxçıvan Şahmat Mərkəzində isə zəka sahibləri birincilik uğrunda qüvvələrini sınayırlar. 8 komandalı yarışda 2005-2007-ci illər təvəllüdlü məktəbli şahmatçılar mübarizə aparırlar. Hər komandanın heyətində 5 oğlan və 4 qız zəka sahibi qüvvəsini sınayır. Yarış İsveçrə sistemi üzrə keçirilir.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışın proqramına əsasən 9 komandanın idmançıları 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdədartınma, 2000 metr məsafəyə kross qaçışı və pnevmatik silahdan 10 metr məsafəyə atış üzrə yarışlarda mübarizə aparırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Atıcılıq Mərkəzində keçirilən yarışda tərkibi 6 nəfərdən ibarət olmaqla, 7 komanda mübarizə aparıb.
Birinciliyin nəticələrinə əsasən hədəfləri daha sərrast vuran Naxçıvan Dövlət Universitetinin komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin komandası ikinci, Musiqi Kollecinin komandası isə üçüncü olub.
Sonda qaliblər Gənclər və İdman Nazirliyinin diplom və kubokları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında yüngül atletika birinciliyi keçirilib. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komanda mübarizə aparıb.
Hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilən birincilikdə 220 idmançı yarışıb. Atletlər Naxçıvan Ordu İdman Klubunun idman şəhərciyində 100, 1000 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı, hündürlüyə və uzunluğa tullanma yarışlarında güclərini sınayıblar.
Yekun nəticəyə əsasən yarışların qalibi Heydər Əliyev adına Hərbi Liseyin kursantları olub. Komanda hesabında ikinci yerdə xüsusi təyinatlılar, üçüncü yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının atletləri qərarlaşıblar.
İlk üçlükdə qərarlaşan hərbi qulluqçu və komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və fəxri fərmanla təltif ediliblər.

Nəriman NƏCƏFOV

Bu yolda qazanılanlar Naxçıvan idmanının uğurlarıdır

Ağır atletika risk tələb edən mürəkkəb bir idman növüdür. Bu növdə qüvvət və sərtliyin birləşməsi idmançıya böyük bir çəkini qaldırmaq imkanı verdiyi kimi, psixoloji gərginlik də yaradır. Ağır atletika ən qədim idman növü kimi olimpiya oyunlarının proqramına daxil edilib. Dünyanın ən mötəbər idman bayramında bu növ öz “ağırlığı” ilə böyük nüfuz qazanıb. Belə bir “ağırlığın” altına girmək böyük məsuliyyət, cəsarət tələb edir. Bu öhdəliyi öz üzərinə götürən isə hazırda dünyanın ən güclü idmançılarından biri hesab edilən, yeni­yetmələr arasında ikiqat Avropa çempionu Tərmenxan Babayevdir. 100 ilə yaxın ağır atletika tariximizdə təkanla qaldırma hərəkətində  onun ram etdiyi çəkiləri bu yaşda öz çəkisində heç kim başı üzərinə qaldıra bilməyib.

İlk yarışdan ümidləri doğruldan idmançı

Şərur rayonunun Çomaxtur kəndində 2002-ci ildə dünya­ya göz açan Tərmenxan Babayev idmana erkən yaşlarından maraq göstərib. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinə yazılıb. Burada onun ilk məşqçisi Şəfi Hüseynov olub. İkiillik məşqlərdən sonra o, ölkə birinciliyində uğurlu nəticə qazanıb. Təməli bu yarışdan qoyulan uğurlar onun milli komandaya dəvət olunması ilə nəticələnib. Bununla da onun üçün idman karyerasında yeni dönəm başlayır. Tərmenxan qarşısına bir məqsəd qoyur: idman rejiminə riayət etmək və böyük rəqabətdən qalib ayrılmaq. Qısa vaxt kəsiyində bunun öhdəsindən gələn Tərmenxanın özünəinamı artır, 2016-cı ilin əvvəlində çıxış etdiyi ölkə birinciliyində çempion olur, Azərbaycan kubokunu başı üzərinə qaldırır. Həmin il yığmanın heyətində Malayziyada keçirilən dünya birinciliyində mükafat qazanmasa da, ilk beynəlxalq yarışda hamının diqqətini cəlb edir.

Ardını oxu...

Qusar rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iki idmançısı da mübarizə aparıb. Hər iki idmançımız uğurlu nəticələr qazanıb. Belə ki, 6 kilometr məsafədə Əmrah Nağıyev bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına layiq görülüb. Digər idmançımız Səfər Tağıyev isə 3 kilometr məsafədə finiş xəttini ikinci yerdə başa vurub.
İdmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3267873
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1615
4027
5642
52519
3267873

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter