25 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Futbol üzrə Azərbaycan I divizionunun 12-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası dünən Mingəçevirdə “Energetik”in qonağı idi. Ötən həftə çətin “Şuşa” qələbəsindən sonra Aran zonasındakı oyun komandamız üçün bir qədər asan oldu. Mingəçevir şəhərində yerli komanda ilə oyunun taleyini muxtar respublika klubu elə ilk hissədəcə həll etdi. Bu qələbə ilə cari mövsümdə məğlubiyyətsizlik seriyasını 12-yə yüksəldən qırmızı-ağlar liderliyini də davam etdirdi.

İndiyə qədər “Energetik” futbol komandası ilə qarşılaşmayan “Araz-Naxçıvan” Mingəçevirə itkilərlə yollanmışdı. Belə ki, komandanın əsas müdafiəçiləri Mikayıl Rəhimov, Əlimirzə Daşzərini və yarımmüdafiəçi Fərman Qəmbərov bu oyunu buraxmalı olmuşdular. “Şuşa” ilə matçda sarı vərəqə limitini dolduran bu futbolçular baş məşqçi Əsgər Abdullayev tərəfindən heyətə daxil edilməmişdilər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şən startlar” yarışı keçirilib.
“Heydər Əliyev ili” ilə əlaqədar olaraq keçirilən yarışda birinci yerə 5 nömrəli tam orta məktəbin şagirdləri layiq görülüblər. 7 nömrəli tam orta məktəbin şagirdləri ikinci, 2 və 15 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü yerə çıxıblar.  Fərqləndirici yerə isə 17 nömrəli tam orta məktəbin şagirdləri sahibləniblər.
Sözügedən mərkəzin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin təşkil etdiyi yarışın qaliblərinə diplomlar təqdim edilib.

Xəbərlər şöbəsi

Futbol üzrə Azərbaycan I divizionunun 12-ci turunda “Araz-Naxçıvan” futbol komandası Mingəçevirdə yerli “Energetik”in qonağı olacaq. Bu gün səhər saatlarında Gəncəyə yola düşən muxtar respublika klubu Nizami yurdundan Mingəçevirə yollanacaq. Qırmızı-ağlar günün ikinci yarısında oyunun keçiriləcəyi Yaşar Məmmədzadə adına Şəhər Stadionunda son məşqinə çıxacaq. Komandamız bu görüşə itkilərlə yollanıb. Belə ki, “Şuşa” ilə matçda 4-cü sarı vərəqələrini alan müdafiəçilərimiz Mikayıl Rəhimov, Əlimirzə Daşzərini və Fərman Qəmbərov bu oyunu buraxmaq məcburiyyətində qalıblar. “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevin adıçəkilən futbolçuların əvəzinə meydana daha fərqli heyət çıxaracağını təxmin etmək olar.
“Energetik”ə gəlincə, Mingəçevir təmsilçisi I divizionda daim autsayder qismində iştirak edib. Bunun bariz nümunəsidir ki, cari mövsümdə Sahib Qocayevin yetirmələri cəmi 4 xal qazanıblar və turnir cədvəlində 15-ci pillədə qərarlaşıblar. Digər tərəfdən, bu klub son 4 matçda rəqib qapılarına yol tapa bilməyib, öz qapısından isə 18 qol buraxıb.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının təşkilatçılığı ilə “Naxçıvan” və “Culfa” basketbol komandalarının yoldaşlıq görüşü keçirilib. Oyun başlamazdan öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov son zamanlar muxtar respublikada bu idman növünə artan maraqdan danışıb, belə yarışların bundan sonra da keçiriləcəyini bildirib.
Sonra qarşılaşmaya start verilib. Gərgin oyun şəraitində keçən qarşılaşma “Naxçıvan” komandasının 51:32 hesablı qələbəsi ilə başa çatıb.
Sonda oyunda fərqlənən idmançılara Basketbol Federasiyasının fəxri fərmanı və hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

Cari mövsüm futbol üzrə Azərbaycan I divizionunda məğlubiyyətsiz olaraq addımlayan “Araz-Naxçıvan” futbol komandası növbəti qələbəsini qazanıb. 11-ci turda doğma azarkeşləri önündə “Şuşa”nı qəbul edən Naxçıvan təmsilçisi 3 xalı bir qolla əldə edib. Turnir cədvəlinin üst pillələrində qərarlaşan rəqibi məğlub etməklə qırmızı-ağlar liderliklərini bir qədər də möhkəmləndiriblər.

I divizionun 11-ci turu liderlərin qarşılaşması ilə yadda qaldı. Belə ki, turnir cədvəlinə başçılıq edən “Araz-Naxçıvan” 4-cü pillədə qərarlaşan “Şuşa”nı qəbul etdi, Lökbatanda “Qaradağ” isə yarandığı gündən əzəli rəqibi olan “Neftçala”nın müqavimətini qırmağa çalışdı. Bu 4 komanda arasında keçirilən matçlar həm də üst pillələrdəki yerlərə tam aydın­lıq gətirəcəkdi. “Qaradağ Lökbatan” – “Neftçala” görüşündən bir gün öncə meydana çıxan “Araz-Naxçıvan” rəqibini məğlub etməklə liderliyini davam etdirdi. Düzdür, “Şuşa”nı məğlub etmək o qədər də asan olmadı. Lakin Əsgər Abdullayevin yetirmələri qarşısında aciz qalan qonaq komanda Naxçıvanı xalsız tərk etdi.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3895490
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3857
4213
16662
85881
3895490

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter