17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi Naxçıvan Muxtar Respublika çempionatına yekun vurulub. Çempionatda 10 komanda iştirak edib ki, bunların 3-ü Naxçıvan şəhərinin təmsilçiləri olub. Digər 7 komanda isə muxtar respublikanın rayonlarından qatılıb. Ötən ilin sentyabr ayında başlayan uzun marafon bu həftə başa çatıb. Budəfəki çempionluq marafonu bir çox xüsusiyyəti ilə digər mövsümlərdən fərqlənib. İlk olaraq, yenidən Azərbaycan çempionatında iştirak edən “Araz-Naxçıvan”ın əvəzedici heyəti “Araz-2” adı ilə muxtar respublika birinciliyində öz qüvvəsini sınayıb. Digər tərəfdən isə uzun müddətdən sonra çempionun adı dəyişib. Belə ki, 7 illik “DİN FK” hegemonluğuna son qoyulub. Bu uğura Naxçıvan Dövlət Universitetinin “Universitet” komandası imza atıb.
Naxçıvan Muxtar Respublika çempionatının 2013-2014-cü illər mövsümündə feyr-pleyə ən çox riayət edən komanda “Kəngərli” olub. Komandanın futbolçuları cəmi 9 sarı vərəqə ilə cəzalandırılıblar.   
 

Xəbərlər şöbəsi

Yüngül atletika üzrə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şəhər birinciliyinə yekun vurulub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və “Rabitəçi” idman klubunun birgə təşkil etdiyi birincilikdə 17 məktəbin şagirdləri qüvvələrini sınayıblar. Qızlar və oğlanlardan ibarət olan komandalar 6 nəfərdən təşkil olunub və onlar birincilik uğrunda müəyyən edilmiş məsafələri hamıdan tez qaçmağa çalışıblar. Ümumilikdə, 100-ə yaxın gənc atletin mübarizə apardığı birincilik reqlamentə əsasən, 100, 200 və 400 metr məsafələrə qaçış üzrə təşkil olunub. Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəbin şagirdləri hamıdan tez finiş xəttinə çataraq turnirin qalibi adını qazanıblar. Yarışı 3 nömrəli tam orta məktəbin komandası ikinci, 16 nömrəli tam orta məktəbin komandası isə üçüncü başa vurub.

Xəbərlər şöbəsi

Aprel ayının 24-də Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü  münasibətilə Babək rayonunun ümumtəhsil məktəbləri arasında şahmat yarışının II mərhələsi  keçirilmişdir. Babək Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin tədbirlər planına əsasən  təşkil olunan yarışda 6 məktəbin komandası iştirak etmişdir.      
Yarış başlanmazdan əvvəl rayon Təhsil Şöbəsinin məsləhətçisi Rasim Eyvazov  çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Babək rayonunda silsilə tədbirlərlə geniş qeyd olunur. Zonalarda start götürən şahmat  yarışı da bu tədbirlərin davamıdır.  
Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin baş təlimatçısı  Zakir Quliyev yarışın qaydaları barədə məlumat vermişdir.  
Yarışın nəticələrinə görə, Hacıvar kənd tam orta məktəbinin komandası birinci, Güznüt kənd  tam orta məktəbinin komandası ikinci, Yarımca  kənd tam orta məktəbinin komandası üçüncü olmuşdur.
Qalib komanda mayın 5-də keçiriləcək final mərhələsində iştirak edəcəkdir.  
Həmin gün adıçəkilən tədbirlər planına əsasən, rayonun ümumtəhsil məktəbləri arasında mini-futbol yarışı keçirilmişdir. Kərimbəyli kənd tam orta məktəbinin komandası rəqiblərini məğlub edərək mayın 8-də keçiriləcək final mərhələsində  iştirak etmək hüququ qazanmışdır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin final mərhələsinə yekun vurulub.
Şərur, Sədərək, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonları və Naxçıvan şəhər məktəblilərinin mübarizə apardığı yarışda hər komanda 5 nəfərdən ibarət heyət formalaşdırıb. Birincilik uğrunda mübarizədə məktəblilər yarışın reqlamentinə əsasən, 6 növdə qüvvələrini sınayıblar. İlk olaraq, onlar 100 metr məsafəyə qaçmaqda sürətlərini nümayiş etdiriblərsə, 2000 metrdə daha çox onların dözümlülüyü yoxlanılıb. Digər növlərdə isə məktəbli gənclər daha çox fiziki güclərinə bel bağlayıblar. Əvvəlcə turnikdə dartınan yarış iştirakçıları ardınca idman nərdivanını keçmə və paralel qollarda qolların bükülüb-açılması mərhələsində komandalarına xal qazandırmağa çalışıblar. Son olaraq, qumbaraatma mərhələsini də uğurla başa vuran iştirakçılar birinciliyin qalibinə şahidlik ediblər. Belə ki, cari ildə “Vətənin müdafiəsinə hazı­r­am” poliatlon çoxnövçülük üzrə birinciliyin final mərhələsinin qalibi Şərur komandası olub. Komanda bu gün Mingəçevir şəhərində keçiriləcək Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəkdir.

Ceyhun MƏMMƏDOV

Azərbaycan Respublikası gömrük orqanları arasında təşkil olunan futzal üzrə növbəti birincilikdə birinci və ikinci turun oyunları arxada qalıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının   22-ci ildönümünə həsr olunan yarışda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası “B” qrupunda mübarizə aparıb. Qeyd edək ki, 16 komandanın mübarizə apardığı ənənəvi yarışda bu dəfə “A” qrupunun oyunları Qazaxda, “B” qrupunun oyunları isə bu günlərdə İsmayıllıda baş tutub.
Qrup oyunlarında Bakı Baş Gömrük İdarəsinin komandası ilə (“BBGİ”) bərabərə qalan (3:3) və digər rəqiblərinə böyük üstünlüklə qalib gələn komandamız yarışın dörddəbir final mərhələsində “Astara”nı (Astara Gömrük İdarəsi) mübarizədən kənarlaşdırıb: 8:0.
Qrup oyununda “sülh”ə razılaşan “Naxçıvan” və “BBGİ” komandaları finalın bir addımlığında yenidən üz-üzə gəliblər. Erkən final kimi də dəyərləndirilən qarşılaşmada Naxçıvan gömrükçüləri matçın 10-cu dəqiqəsində Aynar İsmayıl­ovla önə keçib. Birinci hissənin tamamında Kamil Hacıyev və Vilayət Mehralıyev hərəyə bir dəfə fərqlənməklə fərqi üç topa çatdırıblar. Rəqib futzalçıların bütün cəhdləri ikinci hissədə də nəticəsiz qalıb. Əvəzində Asif Eyvazov yekun nəticəni müəyyən edib: 4:0.
Final qarşılaşması ümummilli liderimizin doğum günündə – may ayının 10-da Bakı şəhərindəki ABU ARENAda keçiriləcək. Həlledici oyunda “Naxçıvan” və “HNBGİ” (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) komandaları üz-üzə gələcəklər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4262673
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3755
6540
15838
94031
4262673

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter