16 Sentyabr 2019, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə start verilib.

Ardını oxu...

Futbol üzrə Azərbaycan I divizionunun lideri “Araz-Naxçıvan” futbol komandası bu gün növbəti görüşünə çıxacaq. 28-ci turda komandamız “Şəmkir”in qonağı olacaq. Ən yaxın izləyicisini bir oyun fərqi ilə 12 xal qabaqlayan muxtar respublika təmsilçisi çempionluğunu qərb bölgəsində elan etməyə yaxındır. Bunun üçün Naxçıvan təmsilçisinə bir xal da kifayət edir.
Yevlaxda “Karvan”ı məğlub etdikdən sonra Şəmkirə yollanan komandamız burdakı Olimpiya-İdman Kompleksində məskunlaşıb. Oyun bu gün bu kompleksin stadionunda keçiriləcək. Komandamız bu görüşə ciddi hazırlaşıb. Əsgər Abdullayevin yetirmələri oyunun böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırlar və qələbə üçün əllərindən gələni etməyə hazırdılar. “Araz-Naxçıvan”ın heyətində Bəxtiyar Soltanov istisna olmaqla, cəzalı və zədəli futbolçu yoxdur. Meydan sahibləri isə bu oyuna itki ilə çıxacaqlar. Belə ki, ötən tur qırmızı vərəqə ilə cəzalanan Ramil Sadiqov üzləşdiyi cəzaya görə mövsümü vaxtından əvvəl başa vurmalı olub.
“Şəmkir”-“Araz-Naxçıvan” matçının hakimləri də artıq bəllidir. Oyunda əsas referi kimi Ziya Nəsirov fit çalacaq. Ona meydanda Azad Hüseynov və Müslüm Əliyev yardımçı olacaqlar. 4-cü hakim funksiyasını isə Emin Nağıbəyov yerinə yetirəcək.
Qeyd edək ki, görüş bu gün saat 1600-da Şəmkir Şəhər Olimpiya-İdman Kompleksinin stadionunda keçiriləcək.   

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şərur rayonunda voleybol birinciliyi keçirilib.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilik üç gün davam edib. Yarışın final mərhələsində Çərçiboğan və Çəmənli kəndlərinin komandaları qarşılaşıblar. Finalda Çərçiboğan komandası inamlı qələbə qazanaraq birinci yerə layiq görülüb.
Qalib yerləri tutan hər iki komanda mükafatlandırılıb.

Xəbərlər şöbəsi

Ötən həftə Naxçıvan idmançıları üçün yaddaqalan olub. Belə ki, “Cəsurlar” hərbi-idman və turizm oyunlarının Naxçıvan Muxtar Respublika üzrə qalibi olmuş Ordubad rayon 3 nömrəli tam orta məktəb respublika turunun final mərhələsində uğurla çıxış edib.
Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə keçirdiyi yarışda respublika ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər. Final yarışında Zərdab və Bakı şəhər Xətai rayonlarının məktəbliləri ilk iki pillədə qərarlaşıblar. Ordubad rayonunun komandası isə turniri üçüncü pillədə başa vurub. Qalib komandalar Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunublar.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon ümumtəhsil məktəbləri arasında keçirilən şahmat yarışının üçüncü zona yarışı keçirilib.
Yarışda Didivar, Şıxmahmud, Xəlilli kənd, Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Yarışda birinci yerə Cəhri kənd 1 nömrəli, ikinci yerə Cəhri kənd 2 nömrəli tam orta məktəblərin şahmatçıları çıxıblar. Üçüncü yeri isə Didivar kənd tam orta məktəbinin şagirdləri tutublar.
Məlumat üçün deyək ki, qaliblər may ayının 5-də Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Sona MİRZƏYEVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR