16 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi olmuş Şərur komandası respublika birinciliyində də mükafatçılar arasında yer almağı bacarıb. Belə ki, ötən həftə Mingəçevir şəhərində keçirilən Azərbaycan çempionatında uğurla çıxış edən məktəblilərimiz turniri üçüncü pillədə başa vurublar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Mingəçevirdə təşkil olunan birinci­likdə hamını təəccübləndirməyə müvəffəq olublar.
Bununla, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Azərbaycan çempionatının üçüncüsü olan komandamız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və kubokla təltif edilib.

Ceyhun MƏMMƏDOV

“Sağlam həyat sağlam idmanın nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

İdmanın xeyri

İdman insanın həyat tərzini müsbət və ya mənfi yöndə dəyişdirə bilən kompleks fəaliyyət sistemidir; onu tanınmış simaya çevirir, yaxud əlil buraxır. Ancaq həkimlər bu sahədən düzgün yararlananların heç vaxt mənfi halla üzləşmədiyini qeyd edirlər. Bəs idmanla məşğul olmağın bizə nə kimi xeyir və ya xeyirləri var? Aparılan araşdırmalardan sonra məlum olub ki, bu sahənin insan orqanizmi üçün aşağıdakı xeyirləri var:

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bu gün boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə start veriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi birincilik 3 gün davam edəcək. Artıq dünən idmançıların hansı çəki dərəcəsində rinqə çıxacaqları müəyyənləşib. 200-ə yaxın idmançının mübarizə aparacağı turnirdə boksçular 13 çəki dərəcəsində – 38, 42, 46, 48, 52, 54, 56, 60, 64, 69, 75, 81 və 91 kiloqramda yumruqlarını “işə” salacaqlar. Bu gündən etibarən start verilən turnirə mayın 2-də yekun vurulacaq.
Qeyd edək ki, turnirdə fərqlənən idmançılara nazirlik və federasiya tərəfindən diplom və qiymətli hədiyyələr veriləcək.

Ceyhun MƏMMƏDOV

Çempionluq yolunda əmin addımlarla irəliləyən “Araz-Naxçıvan” futbol komandası növbəti qələbəsini bayram edib. Səfərdə “Karvan” futbol komandasının qonağı olan muxtar respublika klubu 1:3 hesablı qələbə qazanmaqla cari mövsümdə qalibiyyət sayını 22-yə yüksəltdi və liderliyini davam etdirdi. Bununla, qırmızı-ağlar Yevlaxda qazandıqları qələbə sayəsində həm turnir cədvəlindəki mövqelərini qorudular, həm də çempion olmaq üçün əla şans əldə etdilər.

Qələbəyə heç nə mane ola bilmədi

Yevlaxda keçirilən oyun böyük əhəmiyyət kəsb edirdi. Ən yaxın izləyicisini 9 xal qabaqlayan “Araz-Naxçıvan”a bu görüşün qalibi olacağı təqdirdə çempionluq üçün yalnız 1 xal kifayət edirdi. Buna görə məhz “Karvan” üzərində mütləq qələbəni qarşısına məqsəd qoyan komandanın baş məşqçisi Əsgər Abdullayev əsas heyəti meydana buraxmışdı. Qapıda Emil Balayevə güvənən Ə.Abdullayev müdafiəni yenə Ruslan-Mikayıl-Cavid-Əlimirzə kvartetinə tapşırmışdı. Yarımmüdafiə xəttində Eşqin-Akif-Elgiz triosu həmişəki mövqeyində qalmışdı. Bu dəfə Tərlan Xəlilov həmişəki mövqeyindən fərqli yerdə çıxış edirdi. Hücumun sol cinahında özünə yer alan  T.Xəlilovla yanaşı, Elmin Çobanov və David Canıyev də rəqibin müdafiə xəttini yarmağa çalışırdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi Naxçıvan Muxtar Respublika çempionatına yekun vurulub. Çempionatda 10 komanda iştirak edib ki, bunların 3-ü Naxçıvan şəhərinin təmsilçiləri olub. Digər 7 komanda isə muxtar respublikanın rayonlarından qatılıb. Ötən ilin sentyabr ayında başlayan uzun marafon bu həftə başa çatıb. Budəfəki çempionluq marafonu bir çox xüsusiyyəti ilə digər mövsümlərdən fərqlənib. İlk olaraq, yenidən Azərbaycan çempionatında iştirak edən “Araz-Naxçıvan”ın əvəzedici heyəti “Araz-2” adı ilə muxtar respublika birinciliyində öz qüvvəsini sınayıb. Digər tərəfdən isə uzun müddətdən sonra çempionun adı dəyişib. Belə ki, 7 illik “DİN FK” hegemonluğuna son qoyulub. Bu uğura Naxçıvan Dövlət Universitetinin “Universitet” komandası imza atıb.
Naxçıvan Muxtar Respublika çempionatının 2013-2014-cü illər mövsümündə feyr-pleyə ən çox riayət edən komanda “Kəngərli” olub. Komandanın futbolçuları cəmi 9 sarı vərəqə ilə cəzalandırılıblar.   
 

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR