25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Sədərək rayonunun Sədərək kəndindəki 1 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası ilə birgə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol üzrə yoldaşlıq görüşü keçirib.
Sədərək rayon voleybolçuları ilə Şərur rayon təmsilçiləri arasında keçirilən yoldaşlıq görüşü 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Komandalara Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hədiyyələri verilib.
Əlamətdar gün münasibətilə daha bir yarış Culfa rayon Bənəniyar kənd tam orta məktəbinin idman zalında olub. Burada 1996-2001-ci illər təvəllüdlü idmançılar arasında karate-do üzrə rayon birinciliyi keçirilib. Culfa Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə keçirilən birincilikdə 50-yə yaxın idmançı iştirak edib.
Qaliblərə diplomlar verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Futbol üzrə Azərbaycan I divizionunun lideri “Araz-Naxçıvan” futbol komandası 19-cu turda növbəti qələbəsini bayram edib. Doğma azarkeşlər önündə komandamızın budəfəki qonağı “Turan-T” futbol komandası olub. Tovuz təmsilçisinin son turlar uğurlu çıxışı və turnir cədvəlində üst pillələrdə qərarlaşması matçın gərgin keçəcəyindən xəbər verirdi. Lakin qonaqlardan daha üstün oyun sərgiləyən qırmızı-ağlar 3 xalı bir qolla əldə etdilər.

Canıyevi Quliyev əvəzlədi

Çətin Ağsu səfərindən sonra “ev”də bu görüşün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bütün futbolçular yaxşı dərk edirdilər. Buna görə baş məşqçi Əsgər Abdullayev işini tədbirli görmüşdü və yetirmələrinə oyunun taleyini ilk hissədəcə həll etməyi tapşırmışdı. Komandanın qol ümidi David Canıyevin cəzalı olması Ə.Abdullayevi heyətdə dəyişiklik etməyə məcbur etmişdi. Onu yeni transfer Fərid Quliyevlə əvəzləyən mütəxəssisin yanılmadığı oyun gedişində göründü. Müdafiə xəttində Mikayıl Rəhimov yenə ehtiyatda saxlanmış və meydan Tural-Ruslan-Ruslan-Əlimirzə kvartetinə həvalə edilmişdi. Yarımmüdafiə xəttində “dirijorluq” Tərlan Xəlilova tapşırılmışdısa, ona Akif Tağıyev və Cavid Həsənov da köməklik edirdi. Bəxtiyar Soltanov və Elmin Çobanov isə Fərid Quliyevə sivri ucda yardımçı olurdular.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına daxil olan daha bir turnirə yekun vurulub. 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirdə 40-dan çox idmançı 12 çəki dərəcəsində qüvvələrini sınayıb.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov son zamanlar muxtar respublikada boksa olan maraqdan, idmançılara göstərilən qayğıdan danışıb. Daha sonra idmançılara uğurlar arzulayan idarə rəisi turniri açıq elan edib. Gərgin mübarizə şəraitində keçən döyüşlərdə yeniyetmələrin rinqdəki şücaətləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda turnirin qaliblərinə federasiyanın qiymətli hədiyyələri təqdim olunub, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları verilib.

Ceyhun MƏMMƏDOV

Futbol üzrə Azərbaycan I divizionunun 19-cu turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası Tovuzun “Turan-T” futbol komandasını qəbul edəcək. Artıq oyunu idarə edəcək hakimlər briqadasının da adı açıqlanıb. Belə ki, Naxçıvan Muxtar Respublika Stadionunda oyunun başlama fitini çalacaq referi Fariz Yusifov olacaq. Ona bu görüşdə Cavanşir Yusifov və Akif Əmirli köməklik edəcəklər. Dördüncü hakim kimi isə meydana Cəmaləddin Hacıyev çıxacaq.
Oyuna ciddi hazırlaşan və xal itirməyi ağlından belə keçirməyən “Araz-Naxçıvan” komandası gündə iki dəfə olmaqla bu matçın hazırlıqlarına yekun vurub. Sonuncu dəfə dünən məşqə çıxan qırmızı-ağlar artıq oyunun başlama saatını gözləyirlər. Komandamızın heyətində iki itkinin olması baş məşqçi Əsgər Abdullayevi qayğılandırır. David Canıyev və Fərman Qəmbərovun cəzalı vəziyyətə düşməsini komandamız üçün müsbət qiymətləndirmək olmaz.
“Turan-T” komandası isə Naxçıvana bu gün – oyun günü gələcək. Ötən tur turnir cədvəlinin liderlərindən olan “Qaradağ-Lökbatan”dan xal almağı bacaran tovuzlular muxtar respublika təmsilçisi üçün də təhlükəli rəqib hesab edilirlər. Mövsümün ilk dövrəsində keçirilən matçda komandamız səfərdə rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.
Qeyd edək ki, “Araz-Naxçıvan”-“Turan-T” matçı bu gün Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Oyunun başlama saatı 1500-dir.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Türk Liseyinin idman zalında “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və Naxçıvan Türk Liseyinin komandaları arasında voleybol üzrə birincilik keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkil etdikləri yarışda Naxçıvan Türk Liseyinin komandası daxil olmaqla, 15 komanda mübarizə aparmışdır.
Yarışdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev çıxış edərək idmançılara uğurlar arzulamışlar. Olimpiya sistemi ilə keçirilmiş birincilikdə Naxçıvan şəhərindəki 6 nömrəli tam orta məktəbin komandası qalib olmuşdur. 15 və 9 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri tutmuşlar.
Sonda fəxri yerləri tutan komandalar və fərqlənən idmançılar təşkilatçıların hədiyyələri və diplomları ilə mükafatlandırılmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4131759
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4563
4356
8919
95359
4131759

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter