20 Oktyabr 2019, Bazar

Ötən həftə Naxçıvan idmançıları üçün yaddaqalan olub. Belə ki, “Cəsurlar” hərbi-idman və turizm oyunlarının Naxçıvan Muxtar Respublika üzrə qalibi olmuş Ordubad rayon 3 nömrəli tam orta məktəb respublika turunun final mərhələsində uğurla çıxış edib.
Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə keçirdiyi yarışda respublika ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər. Final yarışında Zərdab və Bakı şəhər Xətai rayonlarının məktəbliləri ilk iki pillədə qərarlaşıblar. Ordubad rayonunun komandası isə turniri üçüncü pillədə başa vurub. Qalib komandalar Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunublar.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon ümumtəhsil məktəbləri arasında keçirilən şahmat yarışının üçüncü zona yarışı keçirilib.
Yarışda Didivar, Şıxmahmud, Xəlilli kənd, Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Yarışda birinci yerə Cəhri kənd 1 nömrəli, ikinci yerə Cəhri kənd 2 nömrəli tam orta məktəblərin şahmatçıları çıxıblar. Üçüncü yeri isə Didivar kənd tam orta məktəbinin şagirdləri tutublar.
Məlumat üçün deyək ki, qaliblər may ayının 5-də Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Sona MİRZƏYEVA

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi olmuş Şərur komandası respublika birinciliyində də mükafatçılar arasında yer almağı bacarıb. Belə ki, ötən həftə Mingəçevir şəhərində keçirilən Azərbaycan çempionatında uğurla çıxış edən məktəblilərimiz turniri üçüncü pillədə başa vurublar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Mingəçevirdə təşkil olunan birinci­likdə hamını təəccübləndirməyə müvəffəq olublar.
Bununla, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Azərbaycan çempionatının üçüncüsü olan komandamız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və kubokla təltif edilib.

Ceyhun MƏMMƏDOV

“Sağlam həyat sağlam idmanın nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

İdmanın xeyri

İdman insanın həyat tərzini müsbət və ya mənfi yöndə dəyişdirə bilən kompleks fəaliyyət sistemidir; onu tanınmış simaya çevirir, yaxud əlil buraxır. Ancaq həkimlər bu sahədən düzgün yararlananların heç vaxt mənfi halla üzləşmədiyini qeyd edirlər. Bəs idmanla məşğul olmağın bizə nə kimi xeyir və ya xeyirləri var? Aparılan araşdırmalardan sonra məlum olub ki, bu sahənin insan orqanizmi üçün aşağıdakı xeyirləri var:

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bu gün boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə start veriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi birincilik 3 gün davam edəcək. Artıq dünən idmançıların hansı çəki dərəcəsində rinqə çıxacaqları müəyyənləşib. 200-ə yaxın idmançının mübarizə aparacağı turnirdə boksçular 13 çəki dərəcəsində – 38, 42, 46, 48, 52, 54, 56, 60, 64, 69, 75, 81 və 91 kiloqramda yumruqlarını “işə” salacaqlar. Bu gündən etibarən start verilən turnirə mayın 2-də yekun vurulacaq.
Qeyd edək ki, turnirdə fərqlənən idmançılara nazirlik və federasiya tərəfindən diplom və qiymətli hədiyyələr veriləcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR