17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Türkiyənin paytaxtı Ankara şəhərində “IV Beynəlxalq Başkənt Open – 2019” ənənəvi şahmat turniri keçirilib.
Türkiyə Şahmat Federasiyası və Başkənt Universitetinin birgə təşkil etdikləri turnirdə 14 ölkənin 700-ə yaxın zəka sahibi qüvvəsini sınayıb. Altı gün davam edən beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının şahmatçısı Nəsrin Babayeva da iştirak edib. O, 94 zəka sahibinin mübarizə apardığı 14 yaş qrupunda 9 görüşdən 7,5 xal toplayıb və beynəlxalq turniri ikinci pillədə başa vurub. Eyni zamanda idmançımız qızlar arasında ən yaxşı nəticəni göstərərək birinci olub.
Sonda şahmatçımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Dünən muxtar respublikanın Təhsil Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər, Babək və Şahbuz rayon ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən 50 müəllimə idmanın voleybol növü üzrə seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev çıxış edərək idmana göstərilən dövlət qayğısından danışıb, Voleybol Federasiyasının Bakıdan dəvət etdiyi məşqçi tərəfindən fiziki tərbiyə müəllimləri üçün təşkil olunan seminarın məktəblərdə bu idman növünün inkişafına xidmət edəcəyini bildirib.
Seminarda Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının müavini Aydın Mirzəyev “Muxtar respublikada voleybol idman növünün inkişafı” mövzusunda çıxış edib. Sonra isə Bakıdan dəvət olunmuş voleybol üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandasının məşqçisi Xanlar Ələkbərov tərəfindən “Voleybol oyunu zamanı yeni taktiki-texniki qaydalar” mövzusunda seminara start verilib.
Seminarın nəzəri hissəsində məşqçi Xanlar Ələkbərov fiziki tərbiyə müəllimlərinə voleybol komandalarının formalaşdırılması qaydaları haqqında geniş məlumat verib. Voleybol oyununda qəbul edilmiş yeni qaydalara əsasən oyun zamanı texniki fasilələrin sayının azaldıldığı qeyd olunub.
Sonra məktəbin idman zalında yeni taktiki-texniki qaydalara uyğun nümunəvi dərs keçilib, oyunun müdafiə xəttinin gücləndirilməsi qaydaları, oyunçunun rolu və vəzifəsi haqqında müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə gənc­lər arasında keçirilən peyntbol üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən birincilikdə 8 komanda mübarizə aparıb. Yarışın final görüşündə “Şahbuz” və “Naxçıvan” komandaları üz-üzə gəlib.
Görüşdə qələbə qazanan şahbuzlu gənclər muxtar respublika birinciliyinin qalibi olublar. “Naxçıvan” və “Sədərək” komandaları ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Qalib komandalar təşkilatçılar tərəfindən diplom, plaket və peyntbol mərmiləri ilə mükafatlandırılıblar.

* * *

Bu münasibətlə keçirilən şahmat üzrə muxtar respublika turniri başa çatıb. Naxçıvan Şahmat Mərkəzində keçirilən turnir dörd gün davam edib və zəka sahibləri İsveçrə sistemi üzrə qalibi müəyyənləşdirməyə çalışıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirdə 82 zəka sahibi mübarizə aparıb.
Turnirin yekun nəticəsinə əsasən 7,5 xal toplayan Zahid Allahverdiyev qalib adını qazanıb. Digər zəka sahibi Seyid Hüseynin də 7,5 xal toplamasına baxmayaraq, əmsal fərqinə görə o, ikinci olub. Sadiq Qarayev isə 7 xalla turniri üçüncü pillədə başa vurub.
Qaliblərlə yanaşı, turnirdə öz yaş qruplarında fərqlənən şahmatçılar da mükafatlandırılıblar.

* * *

Naxçıvan şəhər Uşaq-gənclər idman məktəbində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmələr (2008-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə idmançılar 9 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda qız idmançılar da öz güclərini sınayıblar.
Yekun nəticəyə əsasən Elvin Cəfərli (24 kiloqram), Əliislam Səfərov (27 kiloqram), Əli Cəfərov (30 kiloqram), Atilla Rəhimli (34 kiloqram), Nurəddin Əkbərli (38 kiloqram), Tayfun İmanlı (46 kiloqram), Aqil Hüseynov (50 kiloqram) və İsa Həbibbəyli (55 kiloqram) öz çəki dərəcələrində qalib adını qazanıblar.
Qızlar arasında isə Səkinə Bağırlı (30 kiloqram) hamıdan güclü olub.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplomlarla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti

Son illər idmanın inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu gün Naxçıvanda idmançılar öz bacarıqları, əldə etdikləri nailiyyətləri ilə seçilirlər. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeni idman zalları, olimpiya idman kompleksləri, digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq idmançıların ixtiyarına verilib.
Bu gün muxtar respublikamızda idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda, eləcə də dünya miqyasında böyük titul və uğurlar qazanan Naxçıvan idman məktəbinin yetirməsi, eyni zamanda muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərovla həmsöhbət olduq.
– Pouerliftinq Bench-Press idman növü ilə nə vaxtdan məşğulsunuz və bu sahəyə maraq sizdə necə yaranıb?
– İdmana uşaqlıqdan çox böyük həvəsim var idi. Əvvəlcə güləşlə, daha sonra sambo və cüdo ilə məşğul olmağa başladım. Bununla yanaşı, paralel olaraq fiziki gücü artırmaq üçün məşqlər də edirdim. Məşqçim Səməd Bağırov mənim fiziki gücümün Pouerliftinq Bench-Press idman növü üçün uyğun olduğunu gördü və mən onun məsləhəti ilə bu sahəyə yönəldim. İlk vaxtlarda çətinliklərimin olmasına baxmayaraq, ciddi hazırlaşdım, 2002-ci ildə muxtar respublikada keçirilən yarışa qatıldım və fəxri pillənin ən yüksək zirvəsinə layiq görüldüm. Bu da gələcəkdə öz üzərimdə daha əzmlə çalışmağım üçün stimul oldu.

Ardını oxu...

Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ən böyük futbol yarışı – “Champions trophy – 2019” turnirinin final mərhələsinin oyunları keçirilib. 128 ölkənin seçmə heyətinin gərgin mübarizəsi 3 mərhələdə davam edib və futbolçular 3 gün ərzində ən güclünü müəyyənləşdirməyə çalışıblar.
Keçirilən turnirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə “Araz-Naxçıvan”ın Şərur bölməsinin iki futbolçusu – Kənan Hüseynəliyev və Murad Quliyev də iştirak ediblər.
Qeyd edək ki, futbolçularımız qrup mərhələsində dünyanın bir çox tanınmış klublarına – “Atletiko” (İspaniya), “Yuventus” (İtaliya), “Sanderland” (İngiltərə), “Salsburq” (Avstriya), “Münhen”ə (Almaniya) qarşı meydana çıxıblar.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4262632
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3714
6540
15797
93990
4262632

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter