25 May 2020, Bazar ertəsi

19-21 oktyabr 2013-cü il tarixlərdə Balakən Rayon Olimpiya İdman Kompleksində məktəblilərin VI Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə turnir keçirilmişdir. Yarışda muxtar respublikamızın da idmançısı iştirak etmişdir. 45 kiloqram çəkidə mübarizə aparan Sərdar Əliyev finala qədər yüksələ bilmişdir. Həlledici mərhələdə də bu üstünlüyü əldən verməyən güləşçimiz yarışın qızıl medalına sahib olmuşdur. Fəxri yeri tutan idmançımıza diplom və medal verilmişdir. Eyni zamanda təmsilçimiz qazandığı nəticəyə görə bu ilin dekabr ayında keçiriləcək beynəlxalq turnirdə iştirak etmək hüququnu əldə etmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkilatçılığı ilə XII muxtar respublika futbol çempionatında dördüncü turun oyunlarına yekun vurulmuşdur.
“Batabat” öz meydanında “Dübəndi”ni  qəbul etmişdir. İlk oyun ev sahibinin 4:1 hesablı qələbəsilə başa çatmışdır. İlk görüşdən özünü ciddi rəqib kimi göstərən “Araz-2”  komandası 4-cü turda “Kəngərli”ni 4:1 hesabı ilə məğlub etmişdir. Növbəti qarşılaşmada  “DİN FK”  “Əlincə”nin qapısından 5 cavabsız top keçirmişdir. Bu turda “Babək” “Sədərəy”ə 3:1 hesabı ilə qalib gəlməyi bacarmışdır. “Universitet”-“Arpaçay” arasındakı sonuncu oyun tələbə futbolçuların 5:0 hesablı üstünlüyü ilə yekunlaşmışdır.

Ardını oxu...

Bu gün Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran” və “Neftçi” komandaları Naxçıvan Muxtar Respublika Stadionunda üz-üzə gələcəklər. Artıq matçın iştirakçıları oyunun baş tutacağı məkandadırlar və hər iki komanda dünən oyunun keçiriləcəyi arenada son məşqlərinə çıxıblar. Azərbaycan futbolunda əzəli rəqib kimi tanınan bu komandalar dünən Naxçıvan şəhərinin baş meydanında ümummilli lider Heydər Əliyevin əzəmətlə ucalan abidəsini  ziyarət ediblər. “Xəzər Lənkəran” və “Neftçi” futbol klublarının rəsmiləri, məşqçilər korpusu, futbolçuları, eyni zamanda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Heydər Əliyev Muzeyinin qarşısındakı abidəyə gül dəstələri qoyublar. Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Superkuboku uğrunda keçiriləcək görüş bu gün saat 1500-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Bu görüşün baş hakimi kimi meydana Rəhim Həsənov çıxacaq. Ona Yaşar Abbasov və Vaqif Musayev köməklik edəcəklər. Rauf Cabbarov isə oyuna dördüncü hakim kimi təyinat alıb. “Xəzər Lənkəran”-“Neftçi” matçını AFFA nümayəndəsi kimi Şaiq Həmidov, hakim-inspektor kimi isə Xaqani Məmmədov izləyəcəklər.

Xəbərlər şöbəsi

Cari mövsümə iddialı başlayan və məqsədinin Premyer Liqaya yüksəlmək olduğunu nümayiş etdirən “Araz-Naxçıvan” futbol komandası növbəti qələbəsini qazanıb. Muxtar respublika klubu bu dəfə “Kəpəz” futbol komandasını məğlub edib. Gəncədə yerli komandaya qarşı əzmkar oyun nümayiş etdirən qırmızı-ağlar minimal hesablı qələbə qazanaraq cari mövsümdə ilk dəfə turnir cədvəlində liderliyə yüksəliblər. “Araz-Naxçıvan”ın lider olmasında “Qaradağ Lökbatan”ın xal itirməsi də mühüm rol oynayıb. Belə ki, abşeronlular “Bakılı” ilə heç-heçə (1:1) edərək liderlik kürsüsünü naxçıvanlı həmkarlarına təhvil veriblər.

Gəncə səfərində ilk qələbə

Etiraf edək ki, “Araz-Naxçıvan”ın Gəncə səfərindən 3 xalla qayıdacağına ümid az idi. Çünki “Kəpəz” Premyer Liqanı yeni tərk edib və heyətində kifayət qədər təcrübəli futbolçular var. Bununla yanaşı, Gəncə təmsilçisi öz azarkeşi önündə həmişə mükəmməl oyun sərgiləyib. Naxçıvan klubu ilə görüşdə qələbə qazanmaq üçün “Kəpəz” bu matça ciddi hazırlaşmışdı.

Ardını oxu...

10-13 oktyabrda Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə respublika seçim turnirinin final mərhələsi keçirilib. Yeniyetmə (1997-1998-ci illər təvəllüdlü) və gənclərin (1994-1996-cı illər təvəllüdlü) mübarizə apardığı turnirə muxtar respublikamızın da idmançıları qatılıblar. 63 kiloqram çəki dərəcəsində öz qüvvəsini sınayan sərbəst güləşçimiz Təbriz Məmmədov ən yüksək nəticəni göstərib. Digər idmançımız Rüfət Güləliyev isə 76 kiloqramda yunan-Roma güləşi üzrə bürünc medal qazanıb. Yer tutan idmançılarımız medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilərək beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR