18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Rumıniyanın Mamaia şəhərində şahmat üzrə məktəblilər arasında Avropa çempionatı keçirilib.
31 may-8 iyun tarixləri arasında keçirilən qitə birinciliyində 20 ölkənin 450-yə yaxın zəka sahibi iştirak edib. Avropa çempionatının reqlamentinə əsasən oğlan və qız şahmatçılar ayrılıqda 7, 9, 11, 13, 15 və 17 yaş qrupları üzrə birincilik uğrunda mübarizə aparıblar.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 4 zəka sahibi də qitə birinciliyi uğrunda ağ-qara taxtada öz güclərini sınayıb.
Oğlanların 9 yaş qrupunda şahmatçımız Əli Məmmədli 50 zəka sahibi arasında 9 mümkün xaldan 5,5-ni toplayıb və qitə birinciliyini 13-cü pillədə başa vurub.
11 yaşlı oğlanların iştirak etdiyi qrupun qalibi olan ukraynalı İqor Samunenkovdan 2 xal az toplayan İlkin Qəbulov (5,5 xal) çempionatı 15-ci pillədə başa vurub.
15 yaşlı qızların iştirak etdiyi qrupda muxtar respublikanı Nəsrin Babayeva təmsil edib. Şahmatçımız 4 xal toplayaraq qitə birinciliyini 14-cü yerdə tamamlayıb.
Birincilikdə ən uğurlu nəticəyə isə 17 yaşlı FİDE ustamız Sadiq Məmmədov (2205) imza atıb. Belə ki, bu yaş qrupunda keçirdiyi 9 görüşdən 6,5 xal toplayan zəka sahibimiz Avropa çempionatında üçüncü olub. Sadiq Məmmədov çempionatı lider kimi başa vuran moldovalı FİDE ustası İvan Şitkodan (2437) yalnız bir xal geri qalıb. 6,5 xal toplayan və turnir cədvəlini ikinci pillədə başa vuran rumıniyalı FİDE ustası Georgi Stoleru (2372) isə yalnız əmsalına görə zəka sahibimizi qabaqlayıb.
Sonda şahmatçımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Xırdalan şəhərindəki “Zirvə” İdman Klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Pouerliftinq Bench-Press” idman növü üzrə beynəlxalq turnir keçirilib.
İkigünlük turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstan komandalarının idmançıları iştirak ediblər. Millimizin heyətində Naxçıvan Muxtar Respublikasının idmançısı, dünya, Avropa və respublika çempionu Əli Əsgərov da birincilik uğrunda mübarizə aparıb.
İdmançımız 82,5 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək beynəlxalq turnirin qalibi olub.
Sonda qalib idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Gürcüstan Respublikasının Kutaisi şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı da mübarizə aparıb. 38 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan Yəhya Paşayev yarımfinal mərhələsinə kimi bütün rəqiblərini məğlub edib. Bu mərhələdə məğlubiyyətlə üzləşən güləşçimiz üçüncü yer uğrunda görüşdə ermənistanlı idmançı ilə üz-üzə gəlib. Keçirilən qarşılaşmada əzmkarlıq göstərən Yəhya Paşayev rəqibini məğlub edərək beynəlxalq turnirin bürünc medalını qazanıb.
İdmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında qızlar arasında həndbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan şəhər və Şahbuz Rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə “Naxçıvan” və “Şahbuz” komandaları qarşılaşıblar. Gərgin keçən görüş 15:7 hesabı ilə “Naxçıvan” komandasının qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi turnirdə “Naxçıvan”, “Culfa”, “Şərur”, “Sədərək” komandaları ilə yanaşı, Azərbaycanın gənclərdən ibarət yığma komandası da mübarizə ­aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində iki gün davam edən turnirin final görüşündə “Naxçıvan” komandası Azərbaycanın gənclərdən ibarət milli komandasını sınağa çəkib. Keçirilən hər üç seti 25:22, 25:18 və 25:15 hesabları ilə başa vuran yığma komanda turnirin qalibi adını qazanıb.
Sonda hər iki komanda diplom, medal və kubokla mükafat­lan­dırılıb.
Mükafatları Gənclər və İdman naziri Azad Cabbarov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədov təqdim ediblər.

  Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4269840
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4439
6483
23005
101198
4269840

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter