19 Fevral 2020, Çərşənbə

Bakı şəhərində “Araz” Peşəkar İdman Klubu və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə karate üzrə klublararası açıq turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 18 idmançısı da mübarizə aparıb. İdmançılarımızdan 15-i yarışlarda uğurlu nəticə göstərərək mükafatçılar sırasına düşməyi bacarıblar.

Ardını oxu...

Naxçıvan Şahmat Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, onların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat idman növünün inkişaf etdirilməsi və onların sosial reabilitasiyasına nail olunmasıdır.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə məktəblilər arasında muxtar respublika birinciliyi başa çatıb.
Noyabr ayının 26-da start verilən birincilikdə 19 komanda qaliblik uğrunda mübarizə aparıb. Final oyunlarında Şərur və Culfa rayon komandaları qızlar və oğlanlar arasında qalibi müəyyənləşdirməyə çalışıblar. Maraqlı və gərgin keçən oyunların nəticələrinə əsasən Culfa rayonunun təmsilçiləri həm qızlar, həm də oğlanlar arasında qələbəni bayram ediblər. Şərur rayon komandası ikinci, Kəngərli rayon komandası isə üçüncü olub.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.

Ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə hakimliklə bağlı seminar keçirilib.

Ardını oxu...

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR