15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar. Türkiyənin Samsun şəhərində cüdo üzrə keçi­rilən beynəlxalq turnirdə iştirak edən idmançılarımız mükafatçılar sırasına düşməyi bacarıblar.
2004-2005-ci illər təvəllüdlü cüdoçular arasında tatami üzərinə Qalib Qaybalıyev çıxıb. 42 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb. 22 kiloqram çəki dərəcəsində Rəhim Qaybalıyev gümüş medalın sahibi olub.
2001-2003-cü illər təvəllüdlü idmançıların mübarizəsində isə fəxri kürsüyə iki cüdoçumuz çıxıb. 50 kiloqram çəki dərəcəsində Abbas Məmmədov ikinci, Cavid İsayev isə üçüncü olublar.
Sonda qalib idmançılarımız diplom və medallarla mükafatlandı­rılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və ­İdman İdarəsi və Olimpiya-İdman Kompleksinin birgə təşkil etdiyi birincilikdə 30 idmançı 3 yaş qrupunda mübarizə aparıb. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekun nəticəsinə əsasən 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında Nərmin Hə­sənova, 2004-2006-cı illər təvəllüdlü idmançılar arasında Gülan Əh­mədova və 2007-2008-ci illər təvəllüdlü idmançılar arasında Röya Məmmədova qalib adını qazanıblar.
Sonda idmançılar diplomlarla təltif olunublar.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə üzgüçülük üzrə şəhər ­birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İdman Kompleksinin birgə təşkil etdiyi birincilikdə 20-dən çox idmançı 2 yaş qrupunda mübarizə aparıb. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekun nəticəsinə əsasən 2002-2003-cü illər təvəllüdlü idmançılar arasında Həsən Abbasov, 2004-2005-ci illər təvəllüdlü idmançılar arasında isə Toğrul İsmayılov finiş xəttinə hamıdan tez çatıblar.
Sonda hər yaş qrupunda yer tutan idmançılar diplomlarla təltif olunublar.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində növbəti oyunlar başa çatıb.
Naxçıvan şəhəri üzrə keçirilən birincilikdə Əliabad qəsəbə və Qara­xanbəyli kənd komandaları üz-üzə gəlib. Görüş birincilərin 6:5 hesablı qələbəsi ilə yekunlaşıb. Şərur rayonunda keçirilən görüşdə isə Aralıq kənd komandası Kosacan kənd komandasını məğlub etməyi bacarıb – 3:2. Babək rayonu üzrə Nəhəcir komandası Vayxır (4:1), Şahbuz rayonu üzrə Şahbuzkənd komandası Keçili (5:3), Culfa rayonu üzrə Kırna komandası Göydərə (3:1), Ordubad rayonu üzrə Kələntər komandası Aza (3:0), Sədərək rayonu üzrə Heydərabad komandası Qaraağac (5:1), Kəngərli rayonu üzrə isə Xok komandası Qarabağlar komandası (4:2) üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə idmançılar üçün taktiki-texniki seminar keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunun idman zalında keçirilən seminar Bakı şəhərindən dəvət olunmuş “Araz” İdman Klubunun rəhbəri Siyavuş Bayramov tərəfindən aparılıb. 50-dən çox idmançının iştirak etdiyi seminarda yeni qaydalar haqqında məlumat verilib. Eyni zamanda Karate-do Federasiyasının idmançıları üçün kəmər imtahanı da keçirilib.

Ceyhun Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3274650
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
92
4179
12419
59296
3274650

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter