16 Yanvar 2019, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki “N”hərbi hissənin təlim-məşq meydanında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi ­keçirilib.
Yarışda 14 tam orta məktəbin komandası iştirak edib. Reqlamentə əsasən komandalar 100 və 2000 metr məsafəyə qaçış, qumbaraatma və turnikdədartınma növlərində güclərini sınayıblar.
Yarışın yekununa əsasən 662 xalla 9 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 519 xalla 16 nömrəli tam orta məktəbin komandası ikinci, 515 xalla 15 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə təltif ediliblər.
Qeyd edək ki, 9 nömrəli tam orta məktəbin komandası oktyabr ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

Muxtar respublikamızın şəhər və rayonlarında 50-dən çox idman obyekti fəaliyyət göstərir. Yaradılan müasir idman infrastrukturu burada beynəlxalq yarışları yüksək səviyyədə keçirməyə imkan verir, idmançılarımız üçün yaradılan şərait onların beynəlxalq arenalarda uğur qazanmasına yol açır. Bu, muxtar respublikamızda idmana göstərilən qayğının nəticəsidir.
Naxçıvanda yenilə­­şən id­man obyektlərindən bi­­ri də Culfa Rayon Mər­­kə­­­­zi Stadionudur. Naxçı­van Mux­­­tar Respublikası ­­Ali Məc­lisi Sədrinin tapşırığına əsa­­­­­­sən muxtar respublikanın Gənc­­­lər və İdman Nazirliyi tə­rəf­indən rayon mərkəzi stadionunun yenidən qurularaq gənc­lərin istifadəsinə verilməsi muxtar res­publikamızda idmanın inkişafına növ­bəti töhfə olacaq.
Stadion müasir standartlara cavab verə biləcək şəkildə təmir olunur, ətrafındakı çəpərlər boyanır. Həmçinin stadionun ətrafındakı bordürlər yenilənir, tamaşaçılar üçün nəzərdə tutulan səkilərə kilid daşlar döşənilir. Uzunluğu 100, eni isə 60 metr olan təbii ot örtüklü stadion ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində voleybol və basketbol, mini-futbol meydançaları, ehtiyat oyunçular üçün kabinlər də inşa ediləcək. Eyni zamanda burada sadə idman qurğuları quraşdırılacaq, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınacaq.
Qeyd edək ki, stadionun sulama sistemi də yenidən bərpa olunur və su nasosları yeniləri ilə əvəzlənir.
Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.

 Ceyhun MƏMMƏDOV

6-18 oktyabr tarixlərdə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev olimpiadada Azərbaycanı ağırlıqqaldırmada təmsil edəcək. Yığma­mızın heyətində ilk dəfə olaraq olimpiya oyunlarında iştirak edəcək Tərmenxana böyük ümidlər var. Səbəbi isə hazırda onun öz yaş qrupu və çəki dərəcəsində dünyanın güclü idmançılarından biri olmasıdır. Məşqçi Səfi Hüseynovun yetirməsi idman mütəxəssisləri tərəfindən olimpiadada qələbə qazanmağa real namizəd kimi göstərilir. Onun olimpiya oyunlarına vəsiqə qazanması, eyni zamanda Naxçıvan idmanı tarixində ilkdir.
Qeyd edək ki, bu gün Azərbaycan olimpiya komandası Cənubi Amerika ölkəsinə 17 idmançı (8 qız və 9 oğlan), 12 məşqçi və həkim, nümayəndə heyətinin rəhbəri və gənc səfirdən ibarət heyətlə yollanıb. Bundan başqa, nümayəndə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların rəhbərləri də daxildir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVII muxtar respublika çempionatına start verilib.
Doqquz komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarətdir. İlk dövrəyə bu ilin noyabr ayının sonlarında yekun vurulacaq. İkinci dövrənin oyunları isə fevral ayında başlayacaq. Reqlamentə əsasən hər turda bir komanda istirahət edəcək.
Çempionatda artıq ilk iki turun oyunları keçirilib. Dörd mövsümdür ki,çempionluq titulunu əldən verməyən “Araz-Naxçıvan” futbol komandası cari mövsümdə də iddialı olduğunu qazandığı qələbələrlə sübut edib. Belə ki, “qırmızı-ağlar” birinci turda Kəngərlinin eyniadlı komandasını minimal hesabla (0:1) məğlub edib. İkinci turda isə Culfa təmsilçisi “Əlincə”ni qəbul edən Naxçıvan şəhər komandası rəqibi 5 dəfə mərkəzə dəvət etməli olub – 5:0.
Ötən mövsüm olduğu kimi, “Babək” komandası yeni mövsümə də qələbələrlə başlayıb. Onlar ilk turda “Batabat” komandasını 6:1, ikinci turda isə “Dübəndi” komandasını 3:0 hesabı ilə məğlub ediblər. Səfərdə “Əlincə”yə (0:3), doğma arenada isə “Batabat”a (9:4) qalib gələn “Arpaçay” komandası da iki görüşdən maksimum xal toplayıb.

Ardını oxu...

Torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan, təlimlərdə fəal iştirak edərək daha da püxtələşən hərbi qulluqçularımız bu dəfə futbol meydançasında qələbə uğrunda yarışıblar. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan futbol birinciliyində 17 komanda mübarizə aparıb. Əlahiddə Ümumqoşun Ordu komandanlığının təşkil etdiyi və olimpiya sistemi ilə keçirilən yarışda oyunları Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə ediblər.
Geniş tamaşaçı kütləsinin izlədiyi oyunlar gərgin mübarizə şəraitində keçib. 17 komanda arasından finala qədər yüksələn ən güclü 2 komandanın mübarizə apardığı final görüşündə 5-0 hesabı ilə qələbə qazanan tərəf Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandası olub. Hərbi qulluqçuların futbol birinciliyində ikinci yerdə motoatıcılar, üçüncü yerdə isə xüsusi təyinatlılar qərarlaşıb. İlk ­üçlükdə yer alan komandalar ­Əlahiddə Ümumqoşun Ordu ­ko­­­­­­­mandanlığı ­ tərəfindən diplom və kuboklarla ­mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3534284
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2234
4754
11424
57526
3534284

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter